Bəşərin ən bədbəxt insanları

Bu, Sovetin yeganə uğur hekayəsidir…

Source:


Bir neçə gün bundan öncə Tiflisdə qədim əşyaların satıldığı yerə getdim. Satılan əşyalar arasında ən çox diqqətimi çəkən Sovet Dövründən qalma orden və medallar oldu. İndi dəyəri bir neçə lari olan bu orden və medalların arxasında, vaxtı ikən hansı əməyin, inancın durduğunu təsəvvür etmək belə çətindir. Sovet sisteminin iqtisadi-siyasi qurluşu elə idi ki, o insanların kollektiv formada müəyyən bir məqsəd və amal uğruna işləməsi, çalışması və eləcə də vətənin müdafiəsi vəsf  üçün o müxtəlif mənəvi mənalar yüklənmiş həvəsləndirici adlardan, medallardan, ordenlərdən istifadə edirdi.

Fərdi maddi marağın sıfırlandırıldığı bu cəmiyyətdə başqa yol da fikirləşmək çətin idi. Amma demək istədiyim bu deyil, yazıda ifadə etmək istədiyim bir çoxlarımızın rastına çıxan, baxdığı müxtəlif video-rolik və filmlərdə nümayiş etdirilən,  onilliklərlə “aldadılmış” insanların faciəsidir. Ümumi ana xəttində “orden və medalından başqa heç nəyi qalmayan insanın”, həmin orden və medalları bazara çıxarıb satması duran bu tipli filmlərə baxdıqa, ilk illər, həmin insanların niyə belə bir inadla öz inamlarından dönmədiyini anlamaqda çətinlik çəkirdim. Axı, Sovetlər  millyonlarla insanın repressiyaya məruz qoyduğu  və öldürdüyü, fiziki və mənəvi məhv etdiyi, total nəzarətin olduğu, individuallğın basdırıldığı iyrənc bir bürokratik sistem idi. Onun istehsal etdiyi orden və medalların saxta olduğunu anlamaq bu qədərmi çətindir?

Bu “inadın” arxasında hansı səbəblərin durduğunu anlamağa və həmin insanların ruhsal-psixi dünyasına nüfuz etməyə çalışırdım.

Axı onları belə indacıl edən nədir? Nədir bu dəyişməz və sarsılmaz  qüvvənin adı?

İndilərdə sinəsində medallarını inada asıb gəzən insanı görmək çətindir, çünki onların sayı çox azalıb. Hərdən rastına çıxan bu insanları gördükdən və onlara danışdıqdan sonra anlayırsan ki, bəşər tarixində hələ indəyə kimi heç bir insan kütləsi  (yüz millyonllar) belə total aldanışın faciəsini yaşamayıb. On illiklərlə inandığı, uğruna çalışdığın, canını-qanını verdiyin ideyanın əslində “real olmadığını”, çəkdiyin əməyin əbəs və boş olduğunu öz gözlərinlə görmək və yaşamaq qədər dəhşətli heç nə ola bilməz.

Bir az daha düşündükcə, əslində Sovetlərin faşizim üzərində qazandığı qələbənin onların hardasa tutunacağı yeganə bəhanə olduğunu da anlayırsan.  Hər il faşizim üzərində qələbə münasibəti ilə müharibə veteranları yad edilir və onların qəhramanlığı qiymətləndirilir. Bu həmin insanların yeganə təsəllisi, həyatlarını boşuna yaşamadıqlarının yeganə hadisəsidir.

Bu, Sovetin yeganə uğur hekayəsidir.

Karl Yunq öz “Şüur və Şüuraltı” adlı əsərində yazırdı: “Bir çox kişilər öz kimliklərini işləri və titullarıyla müəyyənləşdirilər. Təbii ki, mənim işim mənə məxsus olan fəaliyyətdir, amma eyni zamanda bu  kollektiv faktordur. Yəni tarixi olaraq bir çox insanın qarşılıqlı münasibətindən törəyən və  mövcudluğu yalnız kollektiv sanksiya ilə müəyyən olunan dəyərdir. Məhz buna görə də, əgər mən, öz kimliyimi (identifikasiya) öz işim və titulum ilə müəyyən edirəmsə, demək ki, mən özüm şəxsən bütöv sosial faktorun özüyəm. Sanki mən təkcə fəaliyyətin daşıyıcısı yox, həm də cəmiyyətin sanksiyasıyam”…

Cəmiyyət tərəfindən sanksiyalaşdırıldığı üçün öz kimliyini fəaliyyəti və titulu ilə müəyyən etmək çox cəlbedici göründüyü üçün, bir çox insanlar buna can atır. Bütün bu heykəlin içində şəxsiyyəti axtarmaq əbəsdir. Uzunmüddətli axtarışdan sonra biz yalnız onun daxilində məzlum insancığın oturduğunu tapacağıq…”

Karl Yunq bu kəlmələri “psixoloji inflyasiya” adını verdiyi fenomenini izah etmək üçün yazmışdı amma o, bütöv bir toplumun bu duruma düşə biləcəyini, yəqin təsəvvür belə etmirdi.

Bəli, Sovet Dövləti dağıldıqdan sonra yüz millyonlarla insanın “məzlum insancıq” durumuna düşməsi qədər faciəvi heç nə yoxdur. Uğruna çalışdığın, orden və medal aldıqda min bir fərəh hissi keçirdiyin, kimliyini müəyyən etdiyin bütün titular və işlər bir gün 1 lariyə satılmalı imiş.


Qələbə günümüz mübarək!

Ana səhifəMənim FikrimcəBəşərin ən bədbəxt insanları