Berlindəki olayı törədən şəxsin kimliyi bəlli olub

Sürücünün əslən pakistanlı 1993-cü il təvəllüdlü Naved B. olduğu ehtimal edilir

Source:


Sürücünün əslən pakistanlı 1993-cü il təvəllüdlü Naved B. olduğu ehtimal edilir

Berlində yük maşınını Milad yarmarkasına sürdüyü ehtimal edilən sürücünün kimliyi müəyyənləşib.

Bu barədə “Welt” qəzeti xəbər yayıb.

Sürücünün əslən pakistanlı 1993-cü il təvəllüdlü Naved B. olduğu ehtimal edilir.

Dekabrın 19-da axşam naməlum şəxs yük maşınını Milad bayramı məqsədi ilə Berlinin mərkəzində təşkil edilmiş yarmarkaya sürüb. Hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb (APA).

Ana səhifə ▸ Xəbərlər ▸ Berlindəki olayı törədən şəxsin kimliyi bəlli olub