Bərdə–Ağdam dəmiryolunda yerləşən “Köşərli” stansiyası

Mənbə: Meydan TV

Məqalə yeniləndi:  11 Yanvar 2021

Bərdə–Ağdam dəmiryolu inşa olunacaq. Prezident İlham Əliyev Bərdə–Ağdam dəmiryolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bərdə-Ağdam dəmiryolu xəttinin ümumi uzunluğu 45, kilometrdir. Bu işin layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5,0 (beş) milyon manat pul ayrılıb. İşə nəzarəti”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həyata keçirəcək.

“Köçərli” işğaldan sonra Ağdama ən yaxın stansiya kimi işlək vəziyyətdə idi. Bu stansiyanın da bərpası və yenilənməsi nəzərdə tutulur. İkinci Qarabağ müharibəsi zamanı stansiya yaxınlığına mərmi düşsə də, əraziyə ciddi ziyan dəyməyib. Stansiyanın indiki vəziyyəti fotolarda gördüyünüz kimidir.

Bərdə–Ağdam dəmiryolunda yerləşən “Köşərli” stansiyası

Mənbə: Meydan.TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Yanvar 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x9akma

Ən çox baxılan