Benyamin Netanyahu beşinci dəfə Baş nazir ola bilər

Seçkilərin yekun nəticəsi aprelin 11-də bilinəcək

Source:


Seçkilərin yekun nəticəsi aprelin 11-də bilinəcək

Baş nazir Benyamin Netanyahu çərşənbə günü tarixi qələbəyə imza ataraq beşinci dəfə İsrailin Baş naziri postunu qoruyub saxlaya bilib, – BBC xəbər verir.

Qeyri-rəsmi seçki nəticələrinə görə onun sağ meylli Likud və başqa milliyyətçi və dini partiyalar parlamentdə sabit çoxluğu əldə edə biliblər.

Nəticələr göstərir ki, İsrail növbəti illərdə sağ ideologiyaya meylli olacaq, bu isə uzun müddətdir həllini tapmamış İsrail-Fələstin münaqişəsinin həlli istiqamətindəki ümidləri daha da azaldır, – “Time” xəbər verir.

“Netanyahunun yenidən Baş nazir seçilməsi onun bir neçə korrupsiya qalmaqallarında adının hallanmasına baxmayaraq mövqelərini daha da gücləndirəcək,” – beynəlxalq xəbər agentlikləri yazır.

97.4 faiz səslərin hesablanmasından sonra Likud və onun ənənəvi siyasi müttəfiqləri parlamentdə 120 yerdən 65-66 çoxluğa nail olublar. Bir neçə kiçik partiyalar hələ də parlamentin seçki barajını keçmək üçün mübarizə aparırlar. Seçkinin son nəticələri aprelin 11-də elan ediləcək.

Seçki nəticələri göstərir ki, 69 yaşlı Baş nazir qələbəsiylə İsrailin qurucu atası Devid Ben-Gurion-dan sonra İsraili ən uzun idarə edən şəxs olacaq.

"Bu, möhtəşəm qələbənin gecəsidir, " – Netanyahu dəstəkçilərinə səslənərək deyib: "İsrail xalqının beşinci dəfə etimad göstərməsi məni təsirləndirdi".

Seçki sandıqlarından ən son qalibin kimin olacağının bilinmədiyi bugündə Netanyahu dəstəkçilərinə "Bu sağcı bir hökumət olacaq, amma mən hər kəsin Baş naziri olacağam," – deyib. Onun ən böyük rəqibi mərkəzçi və eks-hərbi komandan Benny Gantz hesab edilir. Onun Mavi və Ağ Partiyası Netanyahunun kampanyasına alternativ idi.

Netanyahunun qalib gələcəyi halda koalisiya hökuməti quracağını deyib. Baş nazirin ən yaxın müttəfiqləri olan keçmiş müdafiə naziri Aviqdor Liberman və maliyyə naziri Moşe Kahlonun da kabinetdə yer ala bilərlər.

Ana səhifəDünyaBenyamin Netanyahu beşinci dəfə Baş nazir ola bilər