Xalid Bağırov: “Biz vəkillər və siyasi məhbuslar mücadilə verən adamlarıq”
10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. Azərbaycanda insanlar hüquqlarının vəziyyətibeynəlxalq təşkilatların illik hesabatlarında, yerli və xarici hüquq müdafiəçilərininbəyanatlarında əksini tapır. Mənzərə heç də ürəkaçan deyil, problemlər yetərincədir. Meydan TV bu istiqamətdəki mövcudproblemləri beynəlxalq təşkilatların “vicdanməhbusu” kimi tanıdığı İlkin Rüstəmzadəninanası Atlas Hüseynova və vəkil XalidBağırovla müzakirə etdi.
– Atlas xanım, sonuncu dəfə İlkin Rüstəmzadə ilə nə zaman görüşmüsünüz?
Atlas Hüseynova:
– Dekabrın 6-da görüşdük.
– Vəziyyəti necədir?
Atlas Hüseynova:
– Yaxşıdır, ciddi şikayəti yoxdur. Cəzaçəkmə müəssisəsində bir az soyuqdur, hamımız 13-cükolonun harda yerləşdiyini bilirik, yollar bərbaddır, çox açıq yerdir, şərait çox çətin olsa da, İlkinin heç bir şikayəti yoxdur.
–
Söylədiklərinizlə bağlı məhbuslar tərəfindən şikayət olubmu?
Atlas Hüseynova:
– Olub. Amma nəticə yoxdur. İçəridə istilik sistemləri işləyir. Bir də nəyi qoyub, nəyi axtarırsınız, Bakının mərkəzinin istilik sistemləri normal işləyirmi ki, cəzaçəkmə müəssislərində də normal işləyə?! Mən müəlliməyəm, məktəbin bir tərəfində istilik var, digər tərəfində yox.
– Xalid bəy, vəkillik fəaliyyətiniz dayandırılıb. İki ildir vəkilliklə məşğul olmamağınız hansı təəssürat yaradıb?
Xalid Bağırov:
– Şəxsi tərəfədən elə bir təsiri olmadı. Çünkiməşğul olduğum sahənin nədən ibarət olduğunubildiyimdən hər bir təzyiqə hazır idim. Təbii ki, belə bir şəraitdə vəkillikdən çıxarılma da, başqatəqiblər də mümkün idi. Ona görə ciddipsixoloji gərginlik olmadı. Ancaq digər tərəfdənnarahatlıq yaradan odur ki, xeyli dostlarproblemlərlə üzləşir, həbslər davam edir, bir azonlara yardım etməyə əlimiz çatmır.
–
Sualım ritorik ola bilər, amma cavabı sizdən eşitmək istərdim. Azərbaycanda insan haqlarının durumu necədir?
Xalid Bağırov:
– Azərbaycanda insan hüquqlarının durumubilinən məsələdir, monitorinqlər aparılıb, hesabatlar və nəticələr bəllidir. İnsan haqlarınınbütün sferalarında mövcud pozuntular var. Əslində, insan hüquqları qurulan dövlətintəməlində oturuşmalıdır.
– Oturuşmayıbmı?
Xalid Bağırov:
– Təbii ki, oturuşmayıb. Gəlin, insan hüquq və azadlıqlarının oturuşduğu cəmiyyətlərə birbaxaq. İlkin olaraq, Amerika, yaxud müasirFransa yarananda birinci İnsan Hüquqları Bəyənnaməsini qəbul etdilər. Yəni yeni dövlətqurulurdu və yeni dövlətin qarşısında qoyduğuən böyük şərt insan hüquqlarının tanınmasıydı. Dövlət üzərinə öhdəlik götürürdü ki, insanhaqlarını və azadlıqlarını tanıyacaq. Sonrakonstitusiyalar qəbul olunanda həmin öhdəliklərAna Yasaya daxil edildi. Bu, dövlətin boynunabir öhdəlik kimi qoyuldu ki, insan hüquq və azadlıqlarını təmin etməlidir. AmmaAzərbaycanda dövlət heç vaxt bunun üzərində qurulmayıb. Biz dövlətimizi quranda belə insanhüquq və azadlıqları haqqında anlayışımızkövrək və zəif idi. Sonradan anladıq ki, Avropaİnsan Haqları Konvensiyası, Vətəndaş və SiyasiHüquqlar haqqında Beynəlxalq Pakt və digərhüquqlar haqqında sənədlər var. Biz o sənədləriyeni-yeni öyrənməyə başladıq. Nəticədə insanhüquqları üzrə mütəxəssisləri qazandıq. Bu günneçə faiz insana hüquq və azadlıqlarını başa salabilmişik? Yaxud da dövlət məmuruna başa salabilmişikmi ki, sən ona görə məmursan ki, vətəndaşla sənin aranda insan hüquq və azadlıqları üzərindən ictimai münasibət yaranır.
–
Beləliklə, gecikdiyimizdən İlkin Rüstəmzadələryarandı…
Xalid Bağırov:
– Təbii. Həm də digər pozuntular yarandı. Bugün Azərbaycanda insan haqlarınınpozulmasının ən önəmli və bariz tərəfi siyasiməhbus problemidir. Azadlıq hüququ pozulur. Ümumiyyətlə, bütün sahələrdə hüquqlarpozulur.
–
Atlas xanım, İlkin barədə çox yazılıb, özünüzdə dəfələrlə müsahibə vermisiniz. AncaqMeydan TV-nin tamaşaçıları üçün yenidənsualımı xatırladacam. İlkini niyə həbs etdilər? maddələr məlumdur, 221, xuliqanlıq. O, doğrudanmı, xuliqan idi?
Atlas Hüseynova:
– İlkini tanıyanlar bilir. Xalid bəy hüquqların pozulmasından danışdı. Əslində, İlkinin də hüquqları pozuldu, azadlıq, təhsil hüququ pozuldu, onun təhsili yarımçıq qalıb. O, İqtisad Universitetinin 4-cü kurs tələbəsi idi, semestri də bitirmişdi, imtahanlara hazırlaşırdı ki, həbs olundu. İlkinin həbsindən 4 il ötür, eyni maddə ilə 8 nəfər həbs olunmuşdu, hamısı azad olundu, amma İlkin hələ həbsdədir. Məgər, bu, onun hüququnun, yaxud qanunun pozulması deyilmi?! Bəlkə də siyasi məhbuslar arasında ən çox haqsızlıq İlkinə qarşı olub, onu seçiblər. Bilmirəm, o, dövlət əhəmiyyətli canidir, terrorçudur?
– Səbəbi nədə görürsünüz?
Atlas Hüseynova:
– Bunu hakimiyyətdəkilər yaxşı bilər. Sadəcə, onu şişirdib cinayətkar obrazı yaradırlar, amma bütün cəmiyyət, işə az-çox bələd olan bilir ki, İlkin cinayətkar deyil. İlkin sadəcə sözün düzünü deyən bir gəncdir, o, gördüyünə göz yuma bilmir. Bəlkə də çoxunun görüb susduğunu İlkin keçə bilmədi. Mirzə Cəlilin “Anlamaq dərdi” felyetonu var, görünür, İlkin üçün anlamaq dərdi dəhşət imiş, anladı və bəlasını çəkdi. Çoxu anlamır deyə, keçib gedir. Allah hamısının qapısını açsın, heç bir ailənin gözü yolda qalmasın, amma bu gənclər bir yerdə həbs olunmuşdular. 7 nəfərin azad olunub, bir nəfərin indiyə qədər həbsxanada saxlanılması və onu sıxışdırmaqları valideyn kimi bizi çox narahat edir. Əgər eyni maddə ilə həbs olunanların hamısı azad edildisə, İlkin niyə buraxılmasın? Dördüncü ildir, məncə, Azərbaycanda heç bir siyasi məhbus 4 il məhbus həyatı yaşamayıb.
–
Yox, bu müddətdə olanlar var…
Atlas Hüseynova:
– İlkin övladım olduğu üçün demirəm, tanıyanlar da bilir ki, vətənpərvər, elinə, obasına bağlı, haqsızlığa, yalana dözməyən övladdır.
–
Xalid bəy, siz İlkin Rüstəmzadənin vəkili olmusunuz. Hər məhkəmə iclasında qalxıb deyirmiş ki, cənab hakim, mən burda nə üçün olduğumu bilmirəm. Hazırda onunla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibmi, göndərilibsə, nə yerdədir?
Xalid Bağırov:
– Əslində, İlkin Rüstəmzadəyə qarşı irəli sürülən ittihamlar dəhşətli dərəcədə absurddur. Digərlərinə verilən ittihamlar qondarma olsa da, müəyyən qədər saxtalaşdırılmış şəkildə əsaslandırmağa çalışırdılar. İlkinlə bağlı heç bir sübut da gətirilmədi. Sadəcə, absurdcasına ittiham irəli sürülmüşdü. Onunla bağlı yazılan ittihamın fabulasında xuliqanlıq belə təsvir olunur: rəqsi kameraya çəkib “Youtube” kanalına yerləşdirməklə xuliqanlıq.
–
Bu, analoqu olmayan ittiham deyilmi?
Xalid Bağırov:
– Bunu xuliqanlıqla necə əlaqələndirmək olar? Sabah ağaca çıxıb alma dərməyi də xuliqanlıq adlandıra bilərlər, yaxud yolu qaçaraq keçməyi də.
Atlas Hüseynova:
– Axı o da sübut olunmadı, bloqqer Mehman Hüseynov məhkəmədə şahid ifadəsi verdi ki, videonu kanala o yerləşdirib.
Xalid Bağırov:
– Bəli, sübut olunmadı və Mehman Hüseynovun açıq ifadəsi istintaqda və məhkəmədə vardı ki, onu kameraya çəkən, “Youtube” yerləşdirən də özüdür. İstintaq da həmin səhnəni internetdən götürüb işə daxil etmişdi, orda Mehman Hüseynovun adı gedirdi. Absurdluq həm də ondaydı ki, İlkin videonu martın 1-də “Youtube” kanalına yerləşdirib, amma istintaqın sənədində 27 fevral göstərilmişdi. Yəni rəqəm də uyğun gəlmirdi. Bütövlükdə İlkinin işi absurd teatr idi. Digər məqamlar – iğtişaş salmaq, silahın saxlanılması, bunlar isə heç bir ifadədə yox idi. Qondarılmış şahid ifadələrində NİDA üzvlərinin adı gedirdi, İlkin Rüstəmzadə isə həmin vaxt təşkilatın heç üzvü də deyildi.
– Siz “absurd teatr” ifadəsi işlətdiniz. Azərbaycan hökumətinin insan haqlarına münasibətinin özü də absurd deyilmi?
Xalid Bağırov:
– Ümumiyyətlə, Azərbaycanda insan hüquqlarına münasibət yoxdur, qavram belə yoxdur. Yəni vətəndaşla dövlət arasında bu anlam yoxdur.
– Amma başda prezident olmaqla hökumət nümayəndələri israrla deyirlər ki, Azərbaycanda insan haqları qorunur, hər bir vətəndaşın hüququna hörmət var və s…
Xalid Bağırov:
– Yox, onlar rəsmən belə deyə bilərlər, amma münasibət dedikləri görünmür. Yazırlar ki, vətəndaş dövlətə kömək etməlidir. Niyə kömək etməlidir? Axı vətəndaş dövləti ona görə yaradıb ki, dövlət ona kömək etsin. Yoxsa vətəndaş dövləti niyə yaradırdı? Gedib meşədə yaşayardı da, ayı, canavar kimi. Dövləti ona görə yaratdı ki, ona kömək etsin, nəqliyyatını təmin etsin, işıq, qaz versin. İndi dövlət deyir ki, sən mənə kömək et. Bəs, yaxşı, vaxtında vətəndaşa kömək edirdinmi ki, indi ondan kömək istəyirsən?
– Bir neçə gün əvvəl iqtisadi inkişaf naziri Şahin Mustafayev də dedi ki, SOCAR zərərlə üzləşdiyindən Tarif Şurası qiyməti qaldırıb. Bu açıqlamanın özü də dövlətin vətəndaşdan kömək istəməsi deyildimi?
Xalid Bağırov:
– Bəli, elədir. SOCAR yaxşı vaxtlarında, zərərlə işləmədiyi zamanlarda insan hüquqlarının inkişafına nə qədər maliyyə ayırmışdı? İndi pis günündə insanlardan pul istəyir.
–
Deməli, insanların kommunal hüquqları da pozulur?
Xalid Bağırov:
– Təbii. Bunlar vətəndaşın sosial hüquqlarınınpozulmasıdır. İnsan haqları çox geniş anlayışdır, siyasi, mülki, vətəndaş, sosial, iqtisadi, mədənihüquqlar…
–
Atlas xanım, sonuncu dəfə İlkinlə görüşəndə onun nədənsə şikayətləri oldumu?
Atlas Hüseynova:
– İlkin şikayəti sevmir, olsa da problemlərindən danışmaz. Mən bir məqama toxunmaq istərdim, insan haqları İlkinin simasında çox pozulub. Məsələn, İlkinlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərlə bağlı. O, 3 dəfə həbs olunub, 7 sutkalıq, 15 sutkalıq, bunlar inzibati cəzalardır və nəhayət, 8 il azadlıqdan məhrum edildi. Çox qəribə vəziyyət yaranıb, sutkalıq cəzalar Avropa Məhkəməsində qeydə alınıb, o biri yox. Vəkil Nemət Kərimov deyir ki, şikayəti göndərib, amma iş Avropa Məhkəməsinə gedib çıxmır. Burda poçt sistemi düzgün işləmir, yoxsa müdaxilələr, qəsd var, bilmirəm. Ancaq onunla birgə həbs olunanların işləri Avropa Məhkəməsindədir.
Xalid Bağırov:
– Yekun iş də gedib, mən göndərmişəm, 4 NİDA-çıyla birgə, ədalətli mühakimə olunmamaqla bağlı.
Atlas Hüseynova:
– Amma bizə dedilər ki, 8 il azadlıqdan məhrum olunma cəzasından şikayət qeydə alınmayıb.
Xalid Bağırov:
– Xeyr, əsas keçib. Nemət Kərimov başqa işi göndərib. Amma yekun iş, məhkəmənin ədalətsiz keçirilməsi işini mən göndərmişəm, o da keçib, söhbət Məmməd Əzizov, İlkin Rüstəmzadə, Zaur Qurbanlı və Rəşadət Axundovun işlərindən gedir. Amma kommunikasiya başlamayıb. Nemət bəy inzibati cəzanı göndərib, səhv etmirəmsə.
Atlas Hüseynova: Mən bir daha demək istəyirəm, İlkin yüksək əhval-ruhiyyədədir, evə zəng edəndə sanki sanatoriyadan zəng vurur, elə danışır ki, hər şey normaldır. Qidasını evdən aparırıq, 15 gündən bir yanına gedirik. Başqa çıxış yolu yoxdur.
–
Xalid bəy, Avropa Məhkəməsinə göndərilən şikayətlərin ölkədən kənara çıxmaması, əngəlllər yaradılması barədə həmkarlarınız da danışıb. Məsələn, vəkil Elçin Sadıqov, keçmiş vicdan məhbusu Anar Məmmədli bugünlərdə narazılıqlarını ifadə etmişdi. Siz bu haqda nə deyə bilərsiniz? Bu da insan haqları məsələsinə daxildir də?
Xalid Bağırov:
– Əslində, burda insan haqlarının texniki tərəfindən söhbət gedir. Çünki insan hüquq və azadlıqlarının təmin olunması üçün onun nəzarət mexanizmi olmalıdır. Nəzarət mexanizmindən biri də Avropa Məhkəməsidir. Azərbaycan hökuməti nəinki bu hüquqları təmin edir, hətta bu mexanizmlərə çatımlılıqda da əngəl yaradır. Ən çox yaranan problem “Azərpoçt”la bağlıdır, bu qurum dövlət müəssisəsidir. Yalnız vəkil Elçin Sadıqov bu problemlə rastlaşmayıb, vəkil Şəhla Hümbətova Seymur Həzinin, vəkil Cavad Cavadov da Taleh Bağırzadənin işini Avropa Məhkəməsinə göndərərkən eyni mənzərə ilə rastlaşıblar. Eləcə də biz BMT-nin İnsan Haqları Komitəsinə şikayət göndərərkən oxşar durumla rastlaşdıq, çox ciddi problemdir. Görünür, bu məsələni də Avropa Məhkəməsinin gündəminə çıxarmaq lazımdır, yəni növbəti maneə üsulu poçt vasitəsilə problemlərin yaranmasıdır. İlkin Rüstəmzadənin məsələsinə gəldikdə, çox təəssüf ki, mən kənardan bununla tanış oldum, o zaman Avropa Məhkəməsi ilə vəkil arasında çox ciddi anlaşılmazlıq oldu. Məktublaşmalara baxanda bir-birini anlamamaq üzə çıxır, bunun nəticəsində məhkəmə tərəflərin maraqlarını itirdiyini hesab etdi və işi siyahıdan çıxardı. Çox təəssüf doğuracaq hadisədir. Yeri gəlmişkən, Avropa Məhkəməsi bir sənəd istəyib, amma vəkil həmin məktubu almayıb və cavab da yazıb. Bəlkə “Azərpoçt”un da məsuliyyəti var. Bu da bir absurdluqdur!
– Yekunu elə sizin fikrinizdən çıxış edərək soruşmaq istərdim. Bu absurdluq nə zamana qədər davam edəcək?
Atlas Hüseynova:
– Ümid ən sonda ölür, ümid edək. İlkin ümidsiz deyil, çox optimistdir, gələcəyə çox ümidlə baxır. Biz narahat olanda, o, bizi sakitləşdirir. Onsuz da onun yanında narahatlığımızı, xəstəliyimizi, problemlərimizi ifadə etmirik. Onun əsas sözlərindən biri budur ki, hər şey yaxşı olacaq.
Xalid Bağırov:
– Əslində, biz vəkillər və siyasi məhbuslar mücadilə verən adamlarıq. Mücadiləni o adamlar aparır ki, nəticəyə inanır və gözləyir. Yoxsa nəticəsiz bir şeyə mücadilə vermək Don Kixotluq olardı. Hətta Don Kixotun da xəyal etdiyi Dulseniyası vardı. Amma bunlar olmasa, biz ümumiyyətlə, iş görə bilmərik, əlimizi yerə qoyub oturarıq.