Bələdiyyə üzvlüyünə 21 mindən çox namizəd var

1724 nəfərin namizədliyi artıq qeydə alınıb

Source:

1724 nəfərin namizədliyi artıq qeydə alınıb

“Bələdiyyə seçkilərində iştirak etmək üçün vətəndaşlara bildiriş vərəqlərinin paylanılması dekabrın 16-na qədər yekunlaşacaq”.

Bunu Modern.az-a Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli  deyib.

Mərkəzi Seçki Komissiyasının bununla bağlı təlimatı olduğunu xatırladan şöbə müdiri  səsverməyə 7 gün qalmış bu prosedurun tam yekunlaşacağını vurğulayıb.

Onun sözlərinə görə, səsvermə gününün tarixi, namizədlərin adlarının yazıldığı bildiriş vərəqləri seçki gününə 15 gün qalanda qanuniləşdirilmiş akt formasında seçki məntəqələrinə təhvil veriləcək.

Şahin Əsədli deyib ki, indiyədək 21 764 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. 1 724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi artıq qeydə alınıb.

Azərbaycanda 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək. Namizədlərin irəli sürülməsi noyabrın 22-də başa çatacaq. Səsvermə dekabrın 23-də keçiriləcək.

Ana səhifəXəbərlərBələdiyyə üzvlüyünə 21 mindən çox namizəd var