“Ağır vəziyyətdə yaşamışıq. Çox çətin olub, kasıb olmuşuq. Həmin vəziyyət məni restoranda işləməyə məcbur etdi. Əvvəllər pul üçün, ailəmə kömək üçün məcbur idim. Daha sonra barmenlik işini sevməyə başladım. O vaxtdan bu işin arxasinca getdim”.
Bu sözləri gənc barmen Rəhim Vəliyev deyir. Onun sözlərinə görə, bu yerə gəlib çıxmaq üçün çox əziyyət çəkib:
“Hər gün işdən əvvəl də, sonra da məşq edirdim. Butulkanı atıb dirsəyin üstündə saxlamağa balans deyirik. Bir balansa görə 4 ay vaxt sərf etmişəm. Bizim işimiz sadə adamlar üçün çətindi, amma barmenlər üçün çox sadədir, gündəlik etdiyimiz hərəkətlərdi”.
İşin terminlərindən, çətinliklərindən danışan Rəhim Azərbaycanda bu işə dəyərin az olduğunu deyir:
“Çox təəssüf belə işlə Azərbaycanda evlənmək olmur. Olsa da, çox çətinliklə yaşamaq məcburiyyətində olacağıq”.
Kanalımıza abunə ol, daha çox video izlə –
https://goo.gl/TcM9Fm