Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun hüquqlarının müdafiəsinə həsr olunmuş aksiyalar keçiriləcək
Belçikada Azərbaycandakı siyasi məhbuslara dəstək üzrə bir sıra tədbirlər keçirəcək.
“Turan” yazır ki, bu barədə Belçikada azərbaycanlı siyasi mühacirlərin yaratdığı “Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Assosiasiyası” (“International Human Rights Protection Association” (IHRPA)) məlumat yayıb.
Tədbirlər ölkənin müxtəlif şəhərlərində təşkil ediləcək.
Təşkilatın vitse-prezidenti Həcər Abbasova deyib ki, dekabrın 23-də gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun hüquqlarının müdafiəsinə həsr olunmuş aksiyalar keçiriləcək:
“Bu gənclər narkotik ittihamı ilə 10 il müddətinə mühakimə olunub, amma əsl səbəb Heydər Əliyevin abidəsində şüar yazmalarıdır”.
Abbasovanın sözlərinə görə, təşkilat digər siyasi məhbusları müdafiə aksiyaları planlaşdırır.