Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya Litvaya gedib

Tixanovskayanın etibarlı nümayəndəsi Olqa Kovalkova “Tut.by”-a deyib ki, namizədi ölkədən Belarus hökuməti çıxarıb, onun çıxışı seçki ərəfəsində saxlanılan qərargah rəisi Mariya Morozu azad etməyə imkan yaradıb

Source: Reuters



Tixanovskayanın etibarlıi nümayəndəsi Olqa Kovalkova deyib ki, namizədi ölkədən Belarus hökuməti çıxarıb


Euroradio



“Novaya qazeta”nın

materialları əsasında

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk edib və hazırda Litvadadır. Bu haqda “Twitter”də Litvanın Xarici işlər naziri Linas Linkyaviçyus xəbər verib. Onun sözlərinə görə, Tixanovskaya hazırda təhlükəsizlikdədir. Linkyaviçyus daha sonra LRT radiosuna deyib ki, Tixanovskayanı Belarusda təxminən yeddi saat saxlayıblar. “Gecə gerçəkdən gərgin keçib”, – o söyləyib və əlavə edib ki, hələlik bundan başqa heç bir məlumat verə bilməz.

Tixanovskayanın etibarlı nümayəndəsi Olqa Kovalkova “Tut.by”-a deyib ki, namizədi ölkədən Belarus hökuməti çıxarıb, onun çıxışı seçki ərəfəsində saxlanılan qərargah rəisi Mariya Morozu azad etməyə imkan yaradıb.

“Svetlananın seçimi yox idi. Ən mühümü onun azadlıqda olması və sağ qalmasıdır. Onlar Mariya Morozla birgə gediblər. Lakin Svetlananın komanasının bir hissəsi girov saxlanılır”, – o deyib.

Avqustun 10-da axşam “Strana dlya jizni” “Telegram” kanalı Tixanovskaya ilə bir neçə saat ərzində əlaqənin olmadığı haqda xəbər verib. O, vəkili Maksim Znakla birgə Belarus MSK-nın binasına girib, lakin onlar müxtəlif otaqlarda olublar, bu səbəbdən vəkil Tixanovskaya ilə MSK-da nə barədə danışıldığını dəqiqləşdirə bilməyib. Bundan sonra Belarus prezidentliyinə namizəd MSK-dan çıxıb və deyib: “Mən qərar vermişəm”, – və naməlum istiqamətdə gedib. 22:30-da “Strana dlya jizni” təfərrüata varmadan xəbər verib ki, Tixanovskaya ilə hər şey qaydasındadır.

Belarus MSK-sı elan edib ki, Tixanovskaya 10%-lə ikinci yeri tutub. Lakin etiraz aksiyasına çıxan on minlərlə insan buna inanmayıb. Öz qalibiyyətindən əmin olan Svetlana Tixanovskaya həmçinin. O, MSK-ya şikayət edib və orda onunla hansısa güc sturkturlarının nümayəndələri söhbət edib. Yəqin ki bundan sonra namizədin xaricə getməsi barədə qərar qəbul edilib. Tixanovskayanın uşaqları da artıq ordadır. Əri, bloger Sergey Tixanovski mayın 29-dan dəmir barmaqlıqlar arxasındadır. Onu siyasi məhbus kimi tanıyıblar.

Səsvermədən sonra Minskdə və ölkənin digər şəhərlərində etiraz aksiyaları baş verib, onlar avqustun 10-dan 11-dək davam edib. Güc strukturlarının əməkdaşları xüsusi texnika, səsboğucu qumbara və rezin güllələr tətbiq etməklə etirazçıları dağıdıb. DİN avqustun 10-da qumbaranın partlaması nəticəsində mitinq iştirakçısının həlak olması barədə xəbər verib. İki gün ərzində saxlananların və zərərçəkənlərin dəqiq sayı hələ ki məlum deyil.

Artıq bu gün, avqustun 11-də Tixanovskaya video-müraciət edərək, açağıdakı sözləri deyib:

“Bilirsiniz, mən düşünürdüm ki, bütün bu kampaniya məni o qədər möhkəmləndirib ki, hər şeyə sinə gərə biləcəm. Amma yəqin mən elə başlanğıcda olduğu kimi zəif cinsin nümayəndəsi qalmışam. Çox çətin qərar vermişəm. Bu qərarı tam müstəqil şəkildə vermişəm: nə dostlarım, nə doğmalarım, nə qərargah, nə Sergey heç bir vəchlə ona sadəcə təsir edə bilməzdilər. Bilirəm ki, çoxu məni başa düşəcək, digərləri qınayacaq, bir çoxu isə nifrət bəsləyəcək. Amma bilirsiniz, Allah heç kəsi mənim kimi seçim qarşısında qoymasın. Odur ki, insanlar, lütfən özünüzü qoruyun – hazırda baş verənlər insan həyatına dəymir. Həyatımızda ən vacib uşaqlardır”.

Bu gün Svetlana Tixanovskayanın nümayəndəsi Olqa Kavalkova “Euroradio” saytına Tuxanovskayanın Litvaya üz tutmasının təfərrüatları barədə danışıb:

“16:00-da Svetlana Tixanovskaya mənimlə və vəkil Maksim Znakla birlikdə MSK-ya gəldi. Təxminən 19:00-da MSK-dan Znak çıxdı və dedi ki, Tixanovskaya gəlməyəcək. Biz onun MSK-dan kiminlə çıxdığını bilmirik, amma ehtimal olunur ki, onu Belarus xüsusi xidmət orqanları aparıb”.

Videomüraciətə gəlincə, Kavalkova hesab edir ki, o, hələ MSK-da yazıla bilərdi, çünki Tixanovskaya elə eyni paltarda və saç düzümündədir.

Ana səhifəDünyaBelarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya Litvaya gedib