Məqalə
"euroradio"
saytında dərc olunub
Azərbaycan 2021-ci ilin birinci rübündə Belarusa 360,1 min ton neft ixrac edib. Bu rəqəmi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəisinin müavini İbrahim Əhmədov söyləyib.
Onun dediyinə görə, birinci rüb ərzində Belarusa dörd neft tankeri göndərilib. “İki tanker Türkiyənin Ceyhan limanından, daha ikisi Gürcüstanın Supsa limanından göndərilib”, – “
oilcapital.ru
” Əhmədovdan sitat gətirir.
O, Azərbaycanın apreldə Belarusa neft göndərmədiyini söyləyib və “yaxın günlərdə tələbat gəlmədiyini”əlavə edib.
Belarus 2021-ci ildə Azərbaycanla 1 milyon tona yaxın neft ixracatl ilə bağlı müqavilə bağlayıb. SOCAR 2020-ci ildə “Belneftexim”ə 720 min tona yaxın neft ixrac edib.
Belarus 2020-ci ildə rusiyalı tədarükçülərlə növbəti münaqişə başlayanda Azərbaycandan neft almağa başlayıb. Belarusa alternativ neft tədarükü Norveçdən, Səudiyyə Ərəbistanından, Azərbaycandan və ABŞ-dan olub.