Bəhruz Hacıyevin atası kamera görüntülərinə baxıb

“Kamera görüntülərindən görünür ki, mülki maşında gətirilib, sakit şəkildə bölməyə daxil olub”

Source:

“Kamera görüntülərindən görünür ki, mülki maşında gətirilib, sakit şəkildə bölməyə daxil olub”

“İndiyədək Mingəçevir şəhər Polis Bölməsində 4 ölüm hadisəsi olub. Rəis 10 ilə yaxındır burada işləyir. Hamı narazıdır ondan, ona görə də aksiyaya çıxırlar. İstəmirik başqalarının da uşağı ölsün”.Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev Meydan TV-nin müxbiri ilə söhbətində aksiya zamanı həbs olunanların hamısı qohumlar, həmkəndlilərdir deyib: “21 nəfər tutulub. Onların buraxılıb-buraxılmaması ilə bağlı heç bir məlumat yoxdur. İndiyədək bilmirik oğlumu dindirən müstəntiq kim olub”.

Ata bu gün oğlunun polis bölməsinə gətirilməsinin kamera görüntülərinə baxıb: “Kamera görüntülərindən görünür ki, mülki maşında gətirilib. Sakit şəkildə bölməyə daxil olub. Onu gətirən də mülki geyimdə olub. Üç nəfər olublar, onlardan ikisi bölməyə gətirilib, biri yox. Sabah bizə içərinin və düşmə anının kamera görüntülərini göstərəcəklər. Heç bir halda pəncərədən düşənə oxşamır. Maşından düşəndə çox sakit görünür. Düşünürəm ki, ona içəridə elektroşok veriblər. Yanları  deşik-deşik idi”.

Ana səhifəXəbərlərBəhruz Hacıyevin atası kamera görüntülərinə baxıb