BDU-da növbəti qarşıdurma…

21 fevralda BDU-nun rektoru Abel Məhərrəmov kəsr imtahanlarının pullu olmasına etiraz edən gəncləri qəbul edib. Rektor çıxışında deyib ki, kəsrləri ödəmək üçün tələbələrə şans vermişik.

Tədbirdə iştirak edən Təlsil Nazirliyinin müşaviri İlham Pirməmmədov isə tələbələrə bildirib ki, dekanlara istediyiniz sualları verə bilərsiniz onlar sizin köməkçilərinizdir və suallarınızı cavablandırılaca. Fürsətdən istifadə edən gənclər isə növbə ilə narahatlıqlarını dilə gətiriblər.

– Sosial şəbəkədə çağırış məqsədi ilə dəvət yaradılmışdı. Nəyə görə Təhsil Nazirliyi bir tərəf olaraq, “Kəsr üçün pul verməyək” çağırışına münasibət bildirməyib? Siz əgər fikir bildirsəydiniz bəlkə də məlum hadisə olmazdı.

– “Özüm şəhid övladıyam, atasız böyüyən bir insanam. Bu günə kimi heç kimə rüşvət verməmişəm. 17 yanvarda Rusiyanın Qafqaz tarixi fənnindən imtahan vermişəm. Nəticələrim yaxşı olsa da müəllim məndən 70 manat istəyib. Mənə deyib ki, “mənə pul verməsən, səni imtahandan kəsəcəm”. 25 nəfərin 12 nəfəri imtahandan kəsilib. Nəyə görə?

Abel Məhərrəmov tələbənin sualına cavab verib ki “Sən pul versəydin, qiymət alardın.Pul verməmisən. Məntiqlə danış”.

Universitetin dəhlizində isə kimliyi bəlli olmayan bir qrup mülkü geyimli şəxslərlə jurnalistlər arasında insident yaşanıb. Onlar müxbirlərin işinə maneəçilik törətmək istəyiblər.

Universitetin birinci mərtəbəsində isə etiraz edən tələbə Hüseyn Novruzova qarşı tələbə həmkarlar təşkilatının üzvləri zorakılıq göstərərək onu otağa salıblar. Jurnalistlər məsələyə aydınlıq gətirməyə çalışsalar da qapıda dayanan və özünü təqdim etməkdən imtina edən şəxs buna mane oldu.

Ana səhifəVideoBDU-da növbəti qarşıdurma…