Meydan TV Qaynar.info istinadən xəbər verir ki, Bakı Dövlət Universitetində aksiya keçirilib. Aksiyada 500 yaxın tələbə iştirak edib.
Polis aksiyanı dağıdıb. Aksiya keçirilən yerə, polis tərəfindən xüsusi öyrədilmiş itlər cəlb edilib.
Aksiyada 4-ə yaxın tələbə saxlanılıb. Onlardan biri Türkiyə vətəndaşıdır.
Qeyd edək ki, aksiyaya səbəb kəsri olan tələbələrin kredit üçün əlavə pulun tələb olunmasıdır.
***
“Axar.az”ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq bir nəfər hüquq mühafizə orqanları tərəfindən həbs olunub.
Həbs olunan şəxsin adının Tamerlan Baxşıyev olduğu deyilir. Artıq universitetin həyətindən qonaqlar gəlir bəhanəsiylə hər kəs uzaqlaşdırılır. Müxbirimiz mediaya qarşı xüsusiylə kobud davranıldığını və universitetin həyətindən mühafizəçilərin vasitəsiylə çıxarılmağa başlanıldığını söyləyib.
Daha sonra media nümayəndələrinin qarşısına çıxan universitetin rektoru Abel Məhərrəmov aksiya iştirakçıları tərəfindən fitə basılıb.