Bazar günü Azərbaycanda koronavirusdan 25 xəstə vəfat edib

Foto: Meydan TV

“2537 nəfər müalicə olunaraq sağalıb”

Noyabrın 21-də Azərbaycanda 1889 adam COVID-19 infeksiyasına yoluxub, 2537 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 25 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 573974 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 538211 nəfər müalicə olunaraq sağalıb, 7624 pasiyent ölüb. Aktiv xəstə sayı 28139 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11740, ötən müddətdə isə 5 443180 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqBazar günü Azərbaycanda koronavirusdan 25 xəstə vəfat edib