Bayram Səfərov: “Bəs Paşinyan hara getsin, Türkiyəyə, ya Azərbaycana?

Zərdüşt Əlizadə: ”Paşinyan bu səfərlə Rusiyaya mesaj verib”

Source:
Bayram Səfərov foto sosial şəbəkə
Bayram Səfərov foto sosial şəbəkə


Zərdüşt Əlizadə: ”Paşinyan bu səfərlə Rusiyaya mesaj verib”

Ermənistanın yeni Baş naziri Nikol Paşinyan mayın 9-da Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə səfər edəcək.

Səfərin məqsədi Şuşa rayonunun işğalının 26-cı ilini qeyd etməkdir.

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “modern.az”

sayt

ına bu səfəri belə dəyərləndirib:

“Nikol Paşinyanın Şuşaya getdiyi yerdə qıçları qırılsın! Hazırda Paşinyanın Baş nazir kimi nə edəcəyini, bundan sonra hadisələrin hansı istiqamətdə davam edəcəyini demək mümkün deyil. Çünki Paşinyan gərək öz komandasını yığsın və mövqeyini bildirsin. Zamanla onun nə etmək istədiyini görəcəyik. Paşinyan hər halda Ermənistan xalqının nümayəndəsidir. Biz onun Serj Sarkisyan, ya da Robert Koçaryan kimi hərəkət edəcəyini, yoxsa siyasətini dəyişəcəyini bilmirik. Yeni Baş nazir işğalçılıq siyasətindən əl çəkərsə, ermənilər qonşuluq etmək istəyəcəklər”.

B.Səfərov qeyd edib ki, N.Paşinyanın əsas məqsədləri zamanla bilinəcək:

“Bəs Paşinyan hara getsin, Türkiyəyə, ya Azərbaycana? Əlbəttə, o, xalqın arasında jest etməli, yalandan atılıb-düşməlidir. Ermənistandakı proseslərin necə olacağını, Paşinyanın kim olduğunu görmək zaman tələb edir. Amma yeni Baş nazir Ermənistanı işğalçılıq siyasətindən daşındırmalı və Azərbaycanın zəbt edilən bütün torpaqları azad olmalı, Ermənistan xalqı da, dövləti də bizdən kömək istəməlidir”.

Nikol Paşinyanın səfərini Meydan TV-yə şərh edən siyasi icmalçı Zərdüşt Əlizadənin qənaətincə, erməni milli şüurunda Qarabağ problemi həll olunub:

“Sadəcə, Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur etmək qalıb, bu, baş verərsə, ərazini Ermənistana birləşdirməklə problemi tam həll edəcəklərini düşünürlər. Paşinyan bu səfəri ilə erməni cəmiyyətinə Sarkisyanın xarici siyasətini davam etdirəcəyi mesajını verib. Eyni zamanda, Rusiyaya mesaj verib ki, Kremlin iki xalq üçün qurduğu münaqişə qəfəsindən çıxmayacaq və problemin qalmasında maraqlıdır. Ermənilər düşünür ki, Azərbaycanın hakim zümrəsinin başı vəzifə davasına qarışdığından onlar da qan töküb Qarabağı alıblar. İndi hansı əsasla torpaq istəyirlər?! Erməni milli şüurunda bu məsələ belə oturuşub. Düzdür, Ermənistan cəmiyyətində fərqli düşünənlər var ki, onlar Qarabağ probleminin erməniləri Rusiyanın əsarətinə saldığını ifadə edirlər. Amma bunu deyənləri xəyanətkar sayır, Azərbaycan hakimiyyəti isə belə insanlara dəstək vermir”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə yeni Baş nazir Nikol Paşinyanın ikinci səfərinin Rusiyaya olacağını ehtimal edir:

“Güman ki, Vladimir Putinlə Soçidə görüşəcək. Əslində, Paşinyan “Qarabağ klanı” ilə işləyəcək, bununla da ermənilərin sevincini heç edəcək. Unutmayın ki, Rusiyanın qurduğu “Qarabağ qəfəsi”ndə oturan xalq heç vaxt azad ola bilməz”.

Nikol Paşinyan mayın 8-də Ermənistanın Baş naziri seçilib.

Ana səhifəXəbərlərBayram Səfərov: “Bəs Paşinyan hara getsin, Türkiyəyə, ya Azərbaycana?