Vəkil: ”Təcridxana rəhbərliyinin bu addımı qanunsuzdur”
NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədova saxlandığı Kürdəxanı təcridxanasında valideynləri ilə görüş verilməyib.
Bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb. Vəkilin sözlərinə görə, təcridxana rəhbərliyinin bu addımı qanunsuzdur:
”Qanunla həbs olunan şəxslər həftədə bir dəfə ailə üzvləri ilə görüşməlidir. Lakin Bayram Məmmədov saxlandığı 7 ay ərzində valideynləri ilə cəmi 1 dəfə görüşüb”.
Penitensiar Xidmətdən Meydan TV-nin sualına cavab verilməyib.
Bayram Məmmədov və Qiyas İbrahimov ötən il mayın 10-da – Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” sözləri yazıldıqdan sonra saxlanılıblar. İttihama görə, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimovdan isə 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilir.
Hər iki gənc fəal 10 il azadlıqdan məhrum edilib.