Təcili yardıma ümumilikdə 4 mindən çox insan müraciət edib
Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 4 min 754 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən “Report”a bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib.
Onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub:
“Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub”.