“Novaya qazeta.Europa”nın xəbəri
Büdcəyə Ukraynaya və NATO ölkələrinə 45 milyard dollar həcmində yardım da daxildir
ABŞ Prezidenti Co Bayden ölkənin 2023-cü il maliyyə ilinin 1,7 trilyon dollar həcmində büdcəsi haqqında qanunu təsdiqləyib. Bu barədə Ağ Ev xəbər verib.
Qanuna görə, həmin büdcədən 44,9 milyard dollar Ukrayna və NATO ölkələrinə yardıma ayrılacaq.
“Həmin qanun 2023-cü il sentyabrın 30-u bitən maliyyə ilində qüvvətləndirilmiş əskinasları, həmçinin Ukraynadakı vəziyyətlə bağlı təxirəsalımaz yardımı və digər məqsədləri nəzərdə tutur”, – mətbuat xidmətinin bəyanatında deyilir.
Bayden həmçinin qeyd edib ki, büdcə tibbi araşdırmalara, təhlükəsizliyə, veteranların tibbi müayinəsinə qoyulacaq sərmayələri, təbii fəlakətlərdən sonra bərpa işlərinə, qadınlara münasibətdə zorakılıqla mübarizəyə ayrılacaq maddi vəsaiti və Ukraynaya təxirəsalınmaz yardımı nəzərədə tutur.
Bayden daha əvvəl 2023-cü ilin müdafiə büdcəsinin layihəsini imzalayıb. Dekabrın əvvəli büdcə layihəsini ABŞ Konqresinin Silahlı qüvvələr işləri üzrə hər iki palatasının komitələri razılaşdırıb, daha sonra Nümayəndələr Palatası (Aşağı Palata) və Senat (Yuxarı Palata) təsdiqləyib.
Büdcənin ümumi miqdarı 847,3 milyard dollardır. O cümlədən, Ukraynaya 800 milyon dollar həcmində yardım planlaşdırılır. Daha 6 milyard Avropada Rusiyanın “qarşısını almağa” xərcləmək planlaşdırılır.