Baş Prokurorluq: “Yekaterinburqdakı hadisənin araşdırılması üçün əlimizdən gələni edəcəyik”

Foto: Azərtac

Peskov həmçinin bildirib ki, Kreml Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının qanuni hüquqlarını qorumaq üçün mövcud olan bütün vasitələrdən istifadə edəcək

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurmasına münasibət bildirib. O deyib ki, Kiyev Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışır.

“Rusiya, Ukraynanın Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür. Kiyev vəziyyəti qızışdırmaq, Bakını emosional addımlar atmağa təhrik etmək üçün hər şeyi edəcək”, – deyə Peskov qeyd edib.

O, eyni zamanda bildirib ki, Kreml Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərinə diqqət yetirib:

“Rusiya onların qanuni hüquqlarını qorumaq üçün mövcud olan bütün vasitələrdən istifadə edəcək”, – deyə Prezidentin mətbuat katibi vurğulayıb.

İyunun 28-də Rusiya İstintaq Komitəsinin əməkdaşları illər əvvəl baş vermiş qətllərin istintaqı çərçivəsində Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əməliyyat həyata keçirib. Saxlanılanlar arasında Azərbaycan diasporunun nümayəndələri də olub. Əməliyyat zamanı iki nəfər ölüb, bir neçə nəfər saxlanılıb. Bu hadisədən sonra Rusiya ilə Azərbaycan arasında gərginlik yaranıb.

Ötən gün isə Azərbaycanda iki rusiyalı qrup DİN tərəfindən saxlanılıb və barələrində həbs qərarı çıxarılıb. Onlar İrandan narkotik maddələr daşımaqda, bu maddələri onlayn şəkildə satmaqda və kibercinayətlərdə ittiham olunurlar. Nümayiş etdirilən saxlanma və məhkəmə görüntülərində onların üzərlərində döyülmə izləri müşahidə olunub.

Bundan əlavə, iyulun 1-də Bakıda “Sputnik Azərbaycan” redaksiyasının rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov həbs edilib. Onlar barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu hadisələr fonunda hər iki ölkənin Xarici İşlər Nazirlikləri etiraz notaları ilə bir-birilərinə müraciət ediblər.

Bundan əlavə, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək “Rusiyanın Azərbaycan vətəndaşlarına qarşı təzyiqləri fonunda Ukraynanın Azərbaycana açıq dəstəyini” ifadə etdiyini bildirib.

Ana səhifəSiyasətBaş Prokurorluq: “Yekaterinburqdakı hadisənin araşdırılması üçün əlimizdən gələni edəcəyik”