Baş prokurordan İntiqam Əliyevlə bağlı kassasiya protesti

Vəkil Cavad Cavadov: ”İntiqam Əliyev martın 28-də azad oluna bilər”

Source:
İntiqam Əliyev
İntiqam Əliyev


Vəkil Cavad Cavadov: ”İntiqam Əliyev martın 28-də azad oluna bilər”

Baş prokuror Zakir Qaralov 7 il azadlıqdan məhrum edilən “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin məhkəmə qərarından cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib.

Bu barədə məlumatı vəkil Cavad Cavadov öz Facebook səhifəsində paylaşıb.

Vəkil bildirib ki, plenum martın 28-də saat 12.00-yə təyin olunub.

“İntiqam Əliyev həmin gün azad oluna bilər”,_deyə vəkil Cavadov qeyd edib.

2015-ci ilin aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevi 7 il 6 ay azadlıqdan məhrum edib. Hökmə görə, o, 3 il dövlət vəzifəsi tuta bilməz.

Ana səhifəXəbərlərBaş prokurordan İntiqam Əliyevlə bağlı kassasiya protesti