Baş prokuror: “Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur

“Konkret şəxslərə ittihamlar elan edilib, məhkəmə hökmləri çıxarılıb”

Foto: Report


“Konkret şəxslərə ittihamlar elan edilib, məhkəmə hökmləri çıxarılıb”

“Tərtər işi” ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb və ictimaiyyətə ətraflı məlumat verilib”.

Bu barədə Baş prokuror Kamran Əliyev danışıb.

Xəbəri “Report.az” yayıb.

Baş prokuror deyib ki, bu prosesdə müəyyən edilən konkret cinayət işləri ilə bağlı araşdırmalar başladılıb: “Konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur”.

Ana səhifəSiyasətBaş prokuror: “Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur