Təcili Tibbi Yardım

Mənbə: Foto: arxiv

Başlıq: Təcili Tibbi Yardım

Baş həkim seçkiyə görə töhmət alıb

Kürdəmirdə adamlar təcili tibbi yardım maşınları ilə məntəqələrə daşınıb

Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov seçkidə etdiyi qanunsuzluğa görə cəzalandırılıb. O, işçiləri təcili tibbi yardım maşını ilə səsverməyə göndərmişdi.

Bunun video-görüntüləri də var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) baş həkimə şiddətli töhmət verildiyi ilə bağlı açıqlama yayıb.

Həmin açıqlamada bildirilir ki, quruma dəvət olunan baş həkim izahatında hava şəraitinin soyuq olduğuna görə, işçilərin seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş etdiklərini deyib:

"İstənilən halda, bu, qanun pozuntusudur. Təcili yardım maşınlarından yalnız nəzərdə tutulmuş halda istifadə edilə bilər”, - TƏBİB-in məlumatında bildirilir.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Həmin gün sosial şəbəkələrdə Kürdəmirdə təcili yardım atomobillərinin ərazidəki 57 saylı seçki dairəsinə aid olan seçki məntəqələrinə seçici daşıdığı iddiası ilə bağlı video- görüntülər yayılmışdı. Həmin bölgədən olan deputatlığa namizədlər bildirmişdilər ki, bəzi şəxslər təcili yardım maşını ilə bir neçə məntəqələrə aparılaraq səs veriblər.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/smwjor

Ən çox baxılan