Martın 12-də günün ikinci yarısında Bakının Qala qəsəbəsi “N” saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.
Olay barədə Meydan TV-ni məlumatlandıran mərhumun qohumları qeyd ediblər ki, hadisə yanlışlıq nəticəsində olub. Belə ki, baş gizir su əvəzinə səhvən sirkə içərək həyatına son qoyub.
Qeyri-rəsmi statistikaya əsasən Azərbaycanın 2015-ci il hərbi itkilərinin sayı 15 nəfərdir.