Barı Naxçıvan

Məni uzaqdan uzağa tanıyanlar da yerlibazlıq ittihamının mənə yapışmadığını bilirlər…

Source:

Vasif Talıbov mövzusu prezident üçün tabudur. Bunu hər kəs bilir. Vasif Talıbov hakimiyyətin Paşa Holding qanadı üçün isə çox çuşkadır, amma onlar da ona dözməyə məcburdurlar. Bu dəqiqə könlümüzün Paşaları Naxçıvan və Yeraz klanlarına savaş açıblar. Bu fakta diqqətimi dostlar çəkdilər. Hətta bir dostumuz mırta yazdı ki “Bəlkə sən də bu savaşın içində tərəf tutursan?” Yox, mən bu davada tərəf tutmuram, o yazını da Günelin “ermənilərdən üzr”ünə görə yazmışdım. Klan eksportuna görə üzr istəyən Günelə opponentlik etmişdim ki, importa görə onlar bizdən üzr istəsinlər.

Dedilər ki, bəzi naxçıvanlıları və yerazları istisna etməyim qabaqdangəlmişlik idi, yoxsa mən bütün naxçıvanlı və yerazlara nifrət eləyirəm. Yerlibazlıq damarım tutub.

Bəlli ki, məni tanımayan adamlar yazır bunları. Çünki məni uzaqdan uzağa tanıyanlar da yerlibazlıq ittihamının mənə yapışmadığını bilirlər. “Alma” qəzetində yazdığım silsilə provakasiyalardan ən qırğın-mərəkəlisi Bakı və bakılılar haqqında olanlar idi. Yazıq bakılılar da susub oturmuşdular, yazılarda etiraz edəcək heç nə tapmırdılar. Sonra buna oxşar yazıları kultura.az saytında rusca yazdım, bakılıları çuşka adlandırdım. Əsas arqumentim də bu idi ki, gəlmələri içinizdə əridə bilməmisinizsə, lovğalandığınız o urbanistikanıza tüpürsünlər. Adaptasiya əks istiqamətdə gedibsə, bunun günahkarı ilk növbədə bakılılardır. Pulun və hakimiyyətin qarşısında mədəniyyət heç zaman məğlub ola bilməz. Həqiqidirsə əyər. Yazmışdım ki, bakılılar quş uçurdanda düşünməliydilər ki, bir gün iş başına elə adamlar gələr ki, tutub o quşu adamın g…tünə soxarlar.

Qaldı ki, bir-birimizə dərin tellərlə bağlı olduğumuz naxçıvanlı və yeraz dostlarım var. O yazını da niyə yazdığımı çox yaxşı bilirlər. Naxçıvanın nə olduğunu və nələr vəd etdiyini də başa düşürlər. Naxçıvana “altıncı barmaq” deməyim çox etiraz doğurdu. Amma yazıda işarət etdiyim çox vacib nöqtələr heç müzakirə edilmədi. Naxçıvan bu gün qeyri-rəsmi separatçı subyektdir. Azərbaycanın siyasi reallığı dəyişəndə bu muxtar, əslində isə müstəqil coğrafyanın reaksiyasının nə olacağı aydındırmı? Naxçıvan 1992-1993-də tutduğu mövqenin eynisini tutacaq. Mərkəzi hökumətə tabe olacağını düşünən, gözləyən varsa getsin özünü odlasın. Azərbaycan ancaq kağız üstə unitar dövlətdir.

Vasif Talıbov apokaliptik fiqurdur. Bir qəbilənin Qəzəbli Allahıdır. Onun bu əsrimizdə mövcudluğu, tarixin ən böyük ironiyasıdır. Kim nə deyirsə desin, amma antropolojik göstəricilərə görə hökm vermək heç də şəkilçilik, ya da faşizm deyil. Mənə elə gəlir ki, Harun ər-Rəşidin sarayından dumbulçalanın birini göndəriblər bizim zamanımıza ki, get o muxtar vilayəti idarə elə. Necə də kədərlidir.

İstər maddi maraqlara görə, istərsə də dünyagörüşü əsasında Vasif Talıbov faktını təqdirlə qarşılayanlar isə, Harun ər-Rəşid dövründən günümüzə göndərilmiş əyanlar və təbəədir.

Sizin varlığınız ağlasığmazdır, amma faktdır. Bu faktla barışmağımız yetmir, siz bizdən daxili və səmimi razılıq da istəyirsiniz. Çox qəddarsınız.

Sizə zaman-zaman bunları xatırladan olacaq, arxayınlaşmayın.

Ana səhifəMənim FikrimcəBarı Naxçıvan