Banklarla pul köçürmələri nəzarətə götürülür

MBNP tranzaksiyalarla bağlı hesabat forması hazırlayıb

Source:

MBNP tranzaksiyalarla bağlı hesabat forması hazırlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib. “Report” yazır ki, müraciət MBNP-nın baş icraçı direktoru İbrahim Alışov və Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədovun adından edilib.

Bildirilir ki, Palata rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin pul köçürmələri ilə bağlı hesabat formasını təsdiq edib. Hesabat forması aylıq əsasda quruma təqdim olunmalıdır.

Bununla bağlı, iyulun 12-də saat 14:30-da MBNP-nın inzibati binasında bankların aidiyyəti strukturunu təmsil edən əməkdaşlarının iştirakı ilə görüş keçiriləcək.

Hesabat malların ixracı və idxalı, akkreditivlər və qabaqcadan ödənişlər, xidmətlər, gəlirlər və xərclər, cari transfertlər, kapital transfertləri, investisiyalar, hasilatın pay bölgüsü müqavilələri üzrə pul köçürmələrinə dair məlumatların təqdim olunmasını nəzərdə tutur.

Ana səhifəXəbərlərBanklarla pul köçürmələri nəzarətə götürülür