Dövlət Neft Fondu tərəfindən 100 milyon, Mərkəzi Bank tərəfindənsə 50 milyon dollar (ümumilikdə 150 mln.) çıxarılıb
Sentyabrın 29-u Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
AMB-nin məlumatına görə, hərraca Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon, Mərkəzi Bank tərəfindənsə 50 milyon dollar (ümumilikdə 150 mln.) çıxarılıb. Hərracda iştirak edən 14 bank 48,9 mln. dollar alıb.