Banklar valyuta satışını dayandırıb

Avqustun 30-da günün ikinci yarısından etibarən Azərbaycanın kommersiya bankları xarici valyuta satışını dayandırıblar. Müxtəlif məlumatlara görə, hazırda 15-ə yaxın bank valyuta satmır.

Source:
Манаты
Манаты


Müxtəlif məlumatlara görə, hazırda 15-ə yaxın bank valyuta satmır

Avqustun 30-da günün ikinci yarısından etibarən Azərbaycanın kommersiya bankları xarici valyuta satışını dayandırıblar. Müxtəlif məlumatlara görə, hazırda 15-ə yaxın bank valyuta satmır.

“Respublika” bankından «Turan» agentliyinə satışın dayandırılmasının səbəbini izah etməyiblər, yalnız bu qərarın bank daxilində qəbul edildiyini qeyd ediblər.

“Atabank” və “AFB” bankdan deyiblər ki, artıq bir neçə gündür dollar satmırlar.

“Nikoil” bankından da avqustun 30-da hər növ xarici valyuta satışını dayandırdıqlarını bildiriblər.

Avqustun 29-da 29 kommersiya bankı hərracda ölkənin Neft Fondunun çıxardığı 50 mln. dolları alıb. Qeyri-rəsmi məlumatlara görə, satış tələbatı dəfələrlə yüksək olub.

İqtisadçı Samir Əliyev hesab edir ki, satışdan imtina xarici valyuta defisiti ilə bağlıdır. “Bunun mümkün devalvasiya ilə bağlı olduğunu düşünmürəm”,- deyə o bildirib.

«Banklar, ilk növbədə, nağd valyutanı idxal əməliyyatları üzrə öz müştərilərinə satır. Yalnız qalan hissə bütün arzu edənlərə satılır. Hazırda bankların artıq pulu yoxdur»- iqtisadçı belə hesab edir.

Ana səhifəXəbərlərBanklar valyuta satışını dayandırıb