Banklar marja ilə bağlı tələbi pozub

Buna müvafiq olaraq alış məzənnəsi minimal 1,5016 AZN/USD, avroda isə 1,6389 AZN/EUR-dan az olmamalıdır

Source:


Buna müvafiq olaraq alış məzənnəsi minimal 1,5016 AZN/USD, avroda isə 1,6389 AZN/EUR-dan az olmamalıdır

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsində tətbiq etdiyi yeni qaydaya əsasən, bu günə olan rəsmi məzənnələri nəzərə alaraq nağd dolların satışı maksimum 1,6268 AZN/USD, avronun satışı isə 1,7755 AZN/EUR-u keçə bilməz.

“Report”un kommersiya banklarının rəsmi saytlarına istinadən verdiyi xəbərə görə, bir sıra banklar bu limitə əməl etməyib. Buna müvafiq olaraq alış məzənnəsi minimal 1,5016 AZN/USD, avroda isə 1,6389 AZN/EUR-dan az olmamalıdır.

AMB-nin İdarə Heyətinin 8 yanvar tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün rəsmi məzənnədən +/- 4 faiz məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4 faizədək aşağı, satış məzənnəsi isə maksimum 4 faizədək yuxarı) müəyyən edilib.

Bununla əlaqədar banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir.

Yəni bugünkü rəsmi məzənnəyə (1,5642 AZN/USD) uyğun olaraq dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

AMB 2015-ci il dekabrın 21-də “üzən məzənnə”yə keçənə qədər alış-satış məzənnəsi üçün marja +/- 2 faiz olub. Daha sonra “üzən məzənnə” rejiminə keçidlə əlaqədar bu limit aradan qaldırılıb və banklar istədikləri məzənnə ilə alqı-satqı həyata keçirməyə başlayıb.


Banklar

AZN/USD

AZN/EUR

Alış

Satış

Alış

Satış
1 Accessbank 1,6000 1,6260 1,6390 1,7750
2 AGBank 1,5500 1,6267 1,6730 1,7755
3 Amrahbank 1,5600 1,6200 1,6920 1,7750
4 ASB Bank 1,5600 1,6260 1,6880 1,7750
5 Atrabank 1,5642 1,6267 1,7000 1,7754
6 Expressbank 1,5641 1,6267 1,7050 1,7754
7
Bank BTB

1,6000

1,8900

1,6594

1,9781
8 Azer-Turk Bank 1,5641 1,6250 1,6815 1,7750
9 Bank VTB Azerbaijan 1,5500 1,6260 1,6390 1,7750
10 Zaminbank 1,5016 1,6260 1,7065 1,7263
11 YapiKredi Bank Azerbaijan 1,5024 1,6260 1,6398 1,7746
12 Unibank 1,6100 1,6260 1,7072 1,7746
13 Turanbank 1,5650 1,6265 1,6400 1,7750
14 NBC Bank 1,5600 1,6200 1,6400 1,7700
15 Muganbank 1,5600 1,6268 1,6400 1,7750
16 Kapital Bank 1,5569 1,6265 1,6894 1,7752
17 Dekabank 1,5500 1,6260 1,6500 1,7500
18 Bank Respublika 1,6267 1,7750
19 Demirbank 1,5635 1,6260 1,6770 1,7740
20 Pasha Bank 1,6189 1,6267 1,7669 1,7754
21 Bank of Baku 1,5900 1,6250 1,6390 1,7750

Ana səhifəXəbərlərBanklar marja ilə bağlı tələbi pozub