”Banklar haqqında” qanuna dəyişikliklər hazırlanıb

MBNP: Ölkədə bankların birləşməsi üçün korporativ mədəniyyət formalaşmayıb

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


MBNP: Ölkədə bankların birləşməsi üçün korporativ mədəniyyət formalaşmayıb

“Azərbaycanda banklar ödəmə qabiliyyətini itirsə belə, onların səhmdarları konsolidasiyaya getməyə maraq göstərmir”, – “Report” yazır ki, bunu Bakıda keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, buna səbəb Azərbaycanda bankların birləşməsi üçün korporativ mədəniyyətin formalaşmamasıdır:

“Buna görə də, “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Sənəd ödəmə qabiliyyətini itirmiş banklara təyin edilən müvəqqəti inzibatçılara daha geniş səlahiyyətlərin verilməsini, bu yolla bankların sağlam aktivlərinin başqa banklara satılması, əldə edilən vəsait hesabına sağlamlaşdırma işlərinin aparılması, yalnız bu tədbirlər nəticə verməzsə, bankın lisenziyasının ləğv edilməsini nəzərdə tutur”.

Ana səhifəXəbərlər”Banklar haqqında” qanuna dəyişikliklər hazırlanıb