Banklar dolları manata dəyişməkdən imtina edir (VİDEO)

 “Kapital Bank”ın qarşısında növbədir. Burada dolları manata dəyişmək üçün 3 saatdır gözləyən müştərilər var. Onlar deyirlər ki, bütün valyutadəyişmə məntəqələrində dolları satırlar, amma almırlar.

Növbə çəkən bank müştəriləri deyir :

-Millət tökülüşüb ki, dollar alsınlar, ya versinlər, manatını dollara çevirsinlər. Banklar, valyutadəyişmə məntəqələri işləmir. Hamısı işlərin bağlayıb otururlar ki, manatımız yoxdur. Dollar satırlar, amma dolları almırlar. Bu da kursla əlaqəlidir

– Biz Mərkəzi Banka zəng elədik, dedilər ki, burada (red.Kapital Bank) dolları  dəyişirlər. Biz də gəldik müraciət elədik, burada da növbədir.

Bank dolları 1 manat 3 qəpik civarında  alıb, təxminən 1 manat 5 qəpiyə satır.  Bankdan çıxan vətəndaş deyir ki, pulunu dollara dəyişə bilib. O manatı dollara dəyişmək üçün yaranan uzun növbədə 90-cı müştəri olub.

Bankın mühafizəçisi “103-ə qədər olan nömrələr gözləsinlər, qalanları getsin” deyə elan verir. Dolları manata dəyişə bilməyən müştərilər növbəti gün yenə bankda növbə tutmağa gələcəklər.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq. Bankın İdarə Heyətinin 21 fevralda verdiyi qərarla manat 30 faiz civarında ucuzlaşıb.

Ana səhifəVideoBanklar dolları manata dəyişməkdən imtina edir (VİDEO)