Banklar dollar satışını məhdudlaşdırıb

“Respublika” bankdan dolların satışının tamamilə dayandırılmadığı deyilir

Source:


“Respublika” bankdan dolların satışının tamamilə dayandırılmadığı deyilir

Bəzi banklar dollar satışını dayandırıb. Buna səbəb dolların rəsmi məzənnəsinin bahalaşmasıdır.

Turan-ın məlumatına görə, satışı dayandıran banklar “Respublika”, “VTB”, “Naxçıvan” və digərləridir. Banklar ardıcıl olaraq üçüncü gün dolların manata nisbətdə məzənnəsinin bahalaşmasından sonra oktyabrın 20-də xarici valyuta satışının dayandırıldığını təsdiq ediblər.

Meydan TV əməkdaşı vəziyyəti öyrənmək üçün “Nikoyl Bank”ın Həzi Aslanov metrostansiyası yaxınlığındakı filialına, eləcə də “Əmrahbank”ın bir neçə filialına baş çəkib. Hər iki bankdan satışda dolların olmadığı bildirilib.

“Respublika” bankdan isə Meydan TV-yə deyilib ki, dolların satışı tamamilə dayandırılmayıb: “Maksimum 500 dollar ala bilərsiniz. Ondan artığı satılmır”. “VTB” bankdan isə dolların satışını dayandırdıqlarını söyləyiblər.

Ekspertlər noyabr və dekabrda bankların və şirkətlərin xarici öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar dolların məzənnəsinin bahalaşacağını proqnozlaşdırırdılar.

Ana səhifəXəbərlərBanklar dollar satışını məhdudlaşdırıb