Bank sektorunun xarici öhdəlikləri azalıb

Rövşən Ağayev: “İndiki əlverişsiz reytinqlər nəticəsində hətta top 10-luqda olan bankların belə xarici borc bazarına yolu əvvəlki illərdə olduğu qədər hamar deyil”

Source:
Rövşən Ağayev


Rövşən Ağayev: “İndiki əlverişsiz reytinqlər nəticəsində hətta top 10-luqda olan bankların belə xarici borc bazarına yolu əvvəlki illərdə olduğu qədər hamar deyil”

“Azərbaycanın bank sektorunun xarici öhdəlikləri 2015-ci il ərzində 38 faiz (2.4 milyard dollar) azalıb. 1-ci devalvasiyadan öncə bankların xarici borcları 6.3 milyard dollar idi, 2016-cı il yanvarın 1-nə artıq 3.9 milyard dollara enib. Əvvəlki 5 ildə bu borclar yalnız arta-arta getmişdi”.

Biz sözləri iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində yazıb.

“2010-2014-cü illərdə xarici öhdəlikərin orta illik artımı 20-25 faiz təşkil etmişdi. Bank sektorunun xarici borclarının 1 ilin içərisində kəskin azalmasının əsas səbəbi anlaşılandı: manatın kəskin ucuzlaşdığı, iqtisadi subyektlərin valyuta kreditlərindən imtina etdiyi şəraitdə xarici resurslardan istifadə bank böhranını daha da dərinləşdirir. Ona görə də banklar valyuta öhdəliklərini mümkün qədər azaltmağa cəhd göstərib.

Digər mühüm səbəb bankların beynəlxalq kredit reytinqinin pisləşməsidi. İndiki əlverişsiz reytinqlər nəticəsində hətta top 10-luqda olan bankların belə xarici borc bazarına yolu əvvəlki illərdə olduğu qədər hamar deyil” – deyə iqtisadçı qeyd edib.

Ana səhifəXəbərlərBank sektorunun xarici öhdəlikləri azalıb