“Banan inhisarçılığın əyani sübutudur”

Azərbaycanda banan və başqa tropik və subtropik meyvələrin biznesinə “Alyans-Trans” adlı şirkət nəzarət edir

Source:


Azərbaycanda banan və başqa tropik və subtropik meyvələrin biznesinə “Alyans-Trans” adlı şirkət nəzarət edir

“Banan ölkədə ayrı-ayrı idxal mallarına inhisarçılığın olmasının və mafioz strukturların qiymət diktəsinin əyani sübutlarındandır. Amma dövlət

Antiinhisar Siyasəti

 və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şəxsində antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı bir dəfə də iş qaldırmayıb”. Bunu “Turan İA”ın iqtisadi ekspertləri deyir.

Onların fikrincə, banan mövsümdən asılı olmayaraq satılan meyvələrdəndir. İlin bütün fəsillərində qiyməti eynidir – azı 2 manat.

“Gömrük Komitəsinin məlumatına görə, bu ilin 6 ayında 4 115,4 ton banan gətirilib və sərhəddə 1 kq-ı 0,92 sentə sənədləşib. Statistikaya inansaq, ildə adambaşına 1 kq banan istehlak edilir: 2013-cü ildə 8 954,4 ton banan idxal edilib. Azərbaycanın qonşularından Rusiya adambaşına 8,78 kq, İran 4,70 kq, Türkiyə 3 kq banan idxal edir.

DGK-nın məlumatı göstərir ki, idxal həcmini “tənzimləyicinin” tapşırığı ilə yerbəyer etmək olar. 2012-ci ildə gömrük banan idxalı həcmini “kəsib”. Bu ildə leqal idxal 1 472,1 ton olub.

2009-2010-cu illərdə yerli və xarici mətbuat gömrük əməliyyatlarını idarə edən mafioz strukturlar barədə tez-tez yazıb. ABŞ-da qeydiyyatdan keçmiş “Cool Zone Caspian LTD” adlı şirkətin Azərbaycana Gürcüstanın Poti limanından banan ixrac etmək cəhdlərinin qarşısı alınmışdı. Yerli inhisarçının icazəsi olmadığı üçün mal refrijeratorlarda çürüyüb. 2010-cu ildə gömrükçülər rəqəmlərdə səxavət göstərib və idxal həcmi 19 241,8 ton təşkil edib. Amma qiymətlərdə heç bir dəyişiklik olmamışdı” – “Turan İA” yazır.

Azərbaycanda banan və başqa tropik və subtropik meyvələrin biznesinə “Alyans-Trans” adlı şirkət nəzarət edir. Topdansatış eyni qrupa məxsus “Meyvəli” bazasında həyata keçirilir.

Gürcüstanda gömrük korrupsiyalaşmayıb və inhisarçılıqdan şikayət yoxdur. Bu ölkəyə 9 ayda 14,4 mln dollar məbləğində banan idxal edilib. 2010-2012-ci illərdə bu ölkədə banan idxalı 14-15 mln, 2013-cü ildə 18,3 mln dollar olub. 2012-ci ildə Ermənistanda banan idxalı 12,5 min ton olub.

Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Azərbaycan ildə orta hesabla adambaşına 1,78 kq banan idxal edən ölkələr sırasındadır. Yəni illik banan istehlakı həcmi 17 min tondur. Bu malın qanunsuz dövriyyəsinin həcmi 20 mln dollar  qiymətləndirilir.

Ana səhifəXəbərlər“Banan inhisarçılığın əyani sübutudur”