Yanvarın 8-i səhər saatlarından Bakıya 2015-ci ilin ilk qarı yağdı. Qarın yerdə qalmaması paytaxtdakı gündəlik həyatın axınına elə də təsir etməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 9-da əsasən, gecə və səhər saatlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.