Tükmənistan vətəndaşlarından partlayıcı qurğu aşkarlanıb
Türkmənbaşı-Bakı reysini yerinə yetirən “Bəxtiyar” adlı yük-sərnişin bərəsində terror aktının qarşısı alınıb. Məlumatı APA “Türkmənistan xronikası” portalına istinadən yayıb. Hadisə avqustun 28-də baş verib. Türkmənistanın xüsusi xidmət orqanları bərəyə partlayıcı qurğu keçirən Türkmənistan vətəndaşı olan iki qardaşı (ad və soyadları açıqlanmır) saxlayıb.
Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar.
Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub.
Xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub.