Bakının əksər mərkəzi prospekt və küçələrində dəhşətli tıxac yaranıb

Tıxacın yaranmasına əsas səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir

Source:


Tıxacın yaranmasına əsas səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saat 10:25 radələrində yollardakı vəziyyətlə bağlı yaydığı məlumata istinadən xəbərinə görə, Heydər Əliyev və Babək prospektlərində, Füzuli, Rəşid Behbudov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, akademik Həsən Əliyev, Təbriz, Fətəli Xan Xoyski, Ağa Nemətulla, Fəzail Bayramov, Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrində hərəkət dayanıb.

Tıxacın yaranmasına əsas səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir. NİİM-in məlumatında qeyd olunur ki, sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyə olunur.

Yeri gəlmişkən, Ziya Bunyadov prospektinin bir hissəsində də körpü-tikinti və tunel tikintisi məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mkr. dairəsi istiqamətində yeni metro tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb.

Xətai rayonu ərazisində Vunq Tau küçəsindən Ukrayna dairəsi istiqamətində də yol bağlıdır. Bu ərazidə yolda asfalt örtüyünün dəyişdirilməsi işləri aparılır.

Asfalt işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə  kəsişməsinədək yol müvəqqəti bağlanıb.

Salatın Əsgərova küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xudu Məmmədov küçəsində Həzi Aslanov metrosunun çıxışında metro tikintisi getdiyindən yol bağlıdır (APA).

Ana səhifəXəbərlərBakının əksər mərkəzi prospekt və küçələrində dəhşətli tıxac yaranıb