Bakının bir hissəsində elektrik enerjisi problemi yaşanıb

Bakı Nəqliyyat Agentliyi öz növbəsində bildirib ki, qeyd edilən metro stansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Source: Specify Source


Metronun üç stansiyasının fəaliyyəti dayandırılıb

Bakının bir hissəsində 110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

APA agentliyinin məlumatına görə, bu barədə “Azərişiq” ACS-dən bildiriblər. Məlumata görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.

Baş verən qəza ilə bağlı saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində də fasilə yaranıb ki, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu” stansiyalarının fəaliyyəti dayandırılıb və sərnişinlər təxliyə olunur.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun dediyinə görə, hazırda tunellərdə qalan qatar yoxdur.

Bakı Nəqliyyat Agentliyi öz növbəsində bildirib ki, qeyd edilən metro stansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Elektrik enerjisinin kəsintisi ilə əlaqədar paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə svetoforların fəaliyyəti dayanıb.

Ana səhifəİqtisadiyyatBakının bir hissəsində elektrik enerjisi problemi yaşanıb