Bakının Baş Planı İcra Hakimiyyəti tərəfindən düzgün reallaşmır?! (VİDEO)


“Böyük Bakının Regional İnkişaf Planı Layihəsi”-nin memarı Feyzulla Quliyev, Bakıda olan tıxacların, qanunsuz tikililərin səbəbini Bakının sonuncu, –

1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunan  və 2005-ci ilədək olan dövrü əhatə edən

Baş Planı Layihəsinin İcra Hakimiyyəti tərfindən düzgün reallaşmamasında görür

.

Onun sözlərinə görə, Bakıdakı tramvayların yığışdırılması da icazəsiz olub:

“1968-ci ildən Bakıda şəhərsalma layihəsini işləyirəm.  Montin ərazisində olan  tramvaylar yığışdırıldı, onun yeri isə tikildi. Niyə yığışdırıldı, ona kim icazə verdi? Axı oranın Müfəssəl Planı var. Bu o demək deyil ki, bu plan bu gün var, sabah yoxdur”

Bakının ilk Baş Planı 1898-ci ildə məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib.

“Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib”,-deyən Feyzulla Quliyev əlavə edir ki, həmin dövrdən Bakıda qanunsuz tikililərin və icazəsiz söküntülərin sayı artıb. Heç bir qurum da bununla maraqlanmır.

 “Belə bir fikir yaradılıb ki, Baş Plan keçmiş dövlət qurluşunda layihələndirildiyinə görə hazırki dövlət quruluşuna cavab vermir. Buna baxmayaraq infrastrukturlar hamısı dövlət hesabına həyata keçirilir. Şəhər daxilində yol yoxdur. Küçənin və yolun öz atributları var. Yol bir şəhəri başqa bir regionla birləşdirir. Küçənn atributları maşın yollu, yaşıllıq, səkidir. Səkidən sonra bina tikilə bilər. Əhmədlidə bardür xəttinin üzərinə bina inşa edilib. Kim ona icazə verib? Axı bu qanunsuzdur”.

“Böyük Bakının Regional İnkişaf Planı”-na da toxunan memar bildirdi ki, bu layihə təsdiq edildikdən sonra onun icrasına dövlət büdcəsindən təqribən 110-120 milyard manat həcmində vəsait yönəldilə bilər.  Bu layihənin müddəti isə 2030-cu ilə qədər olan dövrü əhatə edir.

Ana səhifəVideoBakının Baş Planı İcra Hakimiyyəti tərəfindən düzgün reallaşmır?! (VİDEO)