Bakının azadlığı Azadlıq meydanından Şəhidlər Xiyabanına kimi qeyd edildi

İlk dəfədir Bakının küçələrində Türkiyə və Azərbaycan hərbiçiləri qədim süvari və piyada geyimlərində addımlayırlar. 100 il öncə sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan korpusu ilə birlikdə Bakını bolşeviklərdən azad ediblər. Bakının azadlığının yüz illiyi münasibəti ilə Türkiyə və Azərbaycan hərbiçilərinin qatıldığı parad keçirilib. Paradda ölkə başçısı İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.

Paradda xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank, Hava Hücumundan Müdafiə, artilleriya silahları nümayiş olunub.

Paradı Bakı Bulvarından izləyənlər təəssüratlarını bölüşüblər.

Bakının azadlıq sorağının əks sədası təkcə Azadlıq meydanı ətrafından gəlmədi.

Şəhərin başqa hissəsində – Türk Əsgərlərinin məzarlığı qarşısında müxalifət partiyaları Müsavat və AXCP sentyabrın 15-ni andılar.

Ana səhifəVideoBakının azadlığı Azadlıq meydanından Şəhidlər Xiyabanına kimi qeyd edildi