Bakıda vəkilin villası yandı

İlham Əsədov “villam vəzifəli şəxslərin sifarişi ilə yandırılıb” – deyir

Source:


İlham Əsədov ”villam vəzifəli şəxslərin sifarişi ilə yandırılıb” – deyir

Fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Bağlar massivində 2 mərtəbəli villa yanıb. Villa tanınmış vəkil İlham Əsədova məxsus olub. Bu haqda Meydan TV-yə açıqlama verən vəkil deyib ki, onun villası yandırılıb: “Mənə bu gün səhər zəng edib dedilər ki, bağ evin yanıb. Təcili Nardarana getdim. Orada mənim bağımda elektrik cərəyanı, qaz yoxdur. Yanğın qəsdən törədilib”.

İ.Əsədov baş vermiş olayın vəkillik fəaliyyəti ilə əlaqəli olduğunu bildirib: “Villam mənim vəkillik fəaliyyətimlə əlaqdar yandırılıb. Sifarişçilərin kimliyi haqda məlumatlıyam. Sifarişi verən vəzifəli şəxslərdir. Vəkillik fəaliyyətimlə əlaqədar onların mənafelərinə toxunduğumu bilirəm. Mənə 100 min manata yaxın ziyan dəyib. Bəzi dəqiqləşdirmələr aparıram. Bundan sonra bağımın yandırılması sifarişini verənlərin kimliyini açıqlayacağam”.

İ.Əsədov deyir ki, vaxtilə ağır cinayətlərin araşdılması ilə məşğul olub. Bi sıra adam oğurluqlarının açılması ilə bağlı araşdırmalar aparıb. 2005-ci ildən sonra isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayıb: “Mənim çıxdığım işlər haqda vaxtilə mətbuatda çox yazılıb. Hesab edirəm ki, sifarişi verən illərdir məqam gözləyib. İndi iə belə bir addım atdılar. Məlumatları tam şəkildə dəqiqləşdirəndən bu haqda mətbuata əlavə açıqlama verəcəm”.

Ana səhifəXəbərlərBakıda vəkilin villası yandı