Bakıda valyutanı ancaq ”Azər-Türk Bank” satır

Dəmiryolu vağzalı ətrafındakı “qara bazar”da canlanma var

Source:


Dəmiryolu vağzalı ətrafındakı “qara bazar”da canlanma var

“Azər-Türk Bank” hazırda yeganə bankdır ki, əhaliyə dollar və avro satır. Halbuki, ölkənin Mərkəzi Bankı bildirib ki, kommersiya bankları, onların filialları və şöbələri ilə yanaşı mehmanxana və aeroportlar, həmçinin xarici qonaqların gəldikləri turistik obyektlər də xarici valyutanın alqı-satqısı olacaq.

Bu barədə məlumatı “Turan” İA yayıb.

“Valyuta mübadiləsi ilə bağlı əməliyyatların artması ilə əlaqədar Mərkəzi Bank kommersiya banklarının əməliyyatlarının effektiv və operativ idarə olunması, əməliyyatların üzərində nəzarətin gücləndirilməsi və xərclərin oprimallaşdırılması üçün mübadilə məntəqələrinin fəaliyyətini dayandırıb”, AMB-nin məlumatında deyilir.

Yanvarın 14-də səhərdən yüzlərlə adam valyuta (500 dollardan çox olmayaraq) alışı üçün növbəyə düzülib.

Bankın saytındakı elana görə, dollar alışı 1 dollara görə 1. 60, satış isə 1. 6320 təşkil edir. 1 avro 1.6850-a alınır, 1.7780-a satılır.

“Biz saat 6:00-da bura gəlmişik və növbəyə yazılmışıq. Bankın əməkdaşı şəxsiyyət vəsiqələrimizin surətini çıxararaq bizə nömrə verib”, – növbədə dayanan vətəndaşlardan biri Turan-a deyib.

Polis vətəndaşları əhatəyə alaraq içəri bir neçə nəfəri buraxır.

2,5 mln.-dan çox əhalisi olan paytaxtda xarici valyutanın satışının nədən ancaq bir bankda olduğunu heç kim açıqlamayıb. Ancaq bunun nə qədər belə davam edəcəyini də kimsə bilmir.

Bu arada dəmiryolu vağzalı ətrafındakı “qara bazar”da canlanma var. Dollar 1.62 manata alınır, 1.85 – 1.90 manata satılır.

Ana səhifəXəbərlərBakıda valyutanı ancaq ”Azər-Türk Bank” satır