Şəvval Günler təhsil aldığı liseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb
Dekabrın 20-də 15 yaşlı Türkiyə vətəndaşı Şəvval Günler özünü 10-cu mərtəbədən atıb. Hadisə Nəsimi rayonu Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında baş verib.
İlkin məlumata görə, Şəvval Günlerin intiharına səbəb təhsil aldığı liseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılmasıdır.
Faktla bağlı cinayət işi başlanıb.
APA-nın əldə etdiyi məlumata görə, intihar edən Şəvval Günlerin atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.
Türkiyənin Bakıdakı səfirliyinin mətbuat xidmətindən Meydan TV-yə olayı təsdiqləyiblər. Amma bildiriblər ki, hadisə haqqında təfərrüatı ilə açıqlama verə bilməyəcəklər: “Hələ istintaq gedir, heç nə deyə bilmərik”.