Bakıda ”Trump Tower” adı binanın üzərindən götürüldü

Yazının yerləşdirildiyi hissə tünd mavi rəngli örtüklə bağlanıb

Source:


Yazının yerləşdirildiyi hissə tünd mavi rəngli örtüklə bağlanıb

Bakıda yerləşən 33 mərtəbəli göydələnin üzərindən “Trump Tower” yazısı götürülüb. Bu barədə məlumatı APA yayıb. Məlumatda bildirilir ki, yazının yerləşdirildiyi hissə tünd mavi rəngli örtüklə bağlanıb.

Bu bina 2008-ci ildə tikilməyə başlayıb və 2015-ci ildə istifadəyə verilib.

Ötən ilin sonunda “Trump Organization” Azərbaycan və Braziliyadakı layihələrinin də icrasına xitam verib. Onun Azərbaycandakı ortağı nəqliyyat nazirinin oğlu Anar Məmmədov idi.

Bu ilin əvvəlində isə Gürcüstanın Batumi şəhərində reallaşdırılan “Trump Tower” layihəsinin icrası dayandırılıb.

“Bloomberg” agentliyinin məlumatına görə, bu barədə “Trump Organization” və Gürcüstanın investisiya şirkəti olan “Silk Road Group”un birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, 47 mərtəbəli göydələnin tikintisi barədə razılaşma 2012-ci ildə imzalanıb. Gürcüstandakı biznes layihəsinə xitam verməklə D.Tramp opponentlərinin “xarici ölkələrdə biznes maraqları prezidentin xarici siyasətinə təsir edəcək” iddialara cavab verib.

Ana səhifəXəbərlərBakıda ”Trump Tower” adı binanın üzərindən götürüldü