Bakıda iki yeniyetmə dəm qazından boğulub

Dəm qazı. Mənbə: “saglamolun.az”

Baş Prokurorluq hadisəni araşdırdığını açıqlayıb

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində iki yeniyetmə dəm qazından boğulub.

Hadisə aprelin 18-də qəsəbədəki evlərdən birində baş verib.

15 yaşlı Xədicə Murtuzova və 14 yaşlı Vəfa Kərimova hamamda dəm qazından zəhərlənərək ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, iki nəfərin dəm qazından zəhərlənib ölməsi faktı üzrə araşdırma aparılır.

Araşdırmalar Sabunçu rayon Prokurorluğunda gedir.

Son 6 ay ərzində Azərbaycanda bir evdə iki nəfərin dəm qazından ölməsiylə bağlı 5-dən çox hadisə baş verib. Belə ki, Göygöldə Minayə Məmmədova və qızı Aygün Məmmədova, Lənkəranda Murad Cəfərov və həyat yoldaşı Bənövşə Cəfərova, Bakıda Əli və Sərxan Həsənov qardaşları, Siyəzəndə iki polis əməkdaşı və digərləri dəm qazından boğularaq həyatını itirib.

Bir müddət öncə Baş Prokurorluq da dəm qazından zəhərlənmə və ölüm hallarının artdığını və səbəblərlə bağlı araşdırma aparıldığını açıqlamışdı.

Ana səhifəXəbərlərBakıda iki yeniyetmə dəm qazından boğulub