Bəzi rayonlara yenə yağış yağacaq
İyunun 23-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı bildirilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
Bəzi rayonlarda isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təxmin edilir.