Bakıda ”FETÖ” məhkəməsi

Mustafa Ceyhana BMT tərəfindən vəkil verilib

Source:
Ayhan Seferoğlu
Ayhan Seferoğlu


Mustafa Ceyhana BMT tərəfindən vəkil verilib

Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycanda həbsdə olan Mustafa Ceyhanın ekstradisiyası üçün müraciət edib.

Mustafa Ceyhan 2017-ci ilin aprelində Gürcüstandan Azərbaycana gəldikdən sonra saxlanılıb. O, CM-nin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə təqsirli bilinib və Qazax Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum olunub.

Türküyənin hüquq-mühafizə orqanları isə onu terrorçuluqda ittiham olunan Fətullah Gülənin tərəfdarı, “FETÖ” üzvü kimi təqdim edir. Azərbaycanın müvafiq orqanlarına daxil olan müraciətdə Mustafa Ceyhanın axtarışda olduğu bildirilir və onun təhvil verilməsi istənilir.

Bu müraciətdən sonra Türkiyə vətəndaşının ölkəsinə təhvil verilməsi məsələsinə baxılması üçün Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun təqdimatı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma başlayıb.

Mustafa Ceyhan məhkəmədə bildirib ki, onun Azərbaycan sərhədini qanunsuz keçməsi, FETÖ üzvü olması barədə ittihamların hamısı yalandır. Onun sözlərinə görə, Gürcüstanda yaşamaq üçün icazə sənədi olub, Azərbaycana da qanuni yolla gəlib, BMT-dən sığınacaq istəyib.

Məhkəmə sığınacaq məsələsi ilə əlaqədar BMT-nin Bakı nümayəndəliyinə sorğu göndərib. Aprelin 19-da məhkəmədə Mustafa Ceyhanın müdafiəsinə yeni vəkilin qoşulduğu elan edilib. Vəkil Elvin Səlimov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən işə qoşulub.

Qazax Rayon Məhkəməsinin Türkiyə vətəndaşına verdiyi birillik cəza da başa çatmaq üzrədir. Bu səbəbdən məhkəmədə prokuror onun həbs müddətinin uzadılmasını, Azərbaycanın Dövlət Mirqarsiya Xidmətinə sorğu göndərilməsini istəyib.

Bu məsələlərlə bağlı qərar aprelin 20-də keçiriləcək məhkəmədə məlum olacaq.

Ötən ilin avqustunda Azərbaycan-Gürcüstan sərhədində saxlanılan Türkiyə vətəndaşı Ayhan Səfəroğlunun da adı Fətullah Gülənlə hallandırılırdı. Bu il, fevralın 19-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılan Ayhan Səfəroğlu arxa qapıdan qaçırılıb. Ailəsi onun Türkiyəyə aparıldığını, orada həbsdə olduğunu

deyir

.

Türkiyənin “gülənçilərlə mübarizə”sində ən zəngin məkanın Azərbaycan və Gürcüstan olduğu

bildirilir

.

Ana səhifəXəbərlərBakıda ”FETÖ” məhkəməsi