Bakıda əhali pulsuz internetlə təmin ediləcək

“İctimai wi-fi” layihəsi çərçivəsində işlər artıq yekunlaşdırılır

Source: Архив
Bakı_2019
Bakı


“İctimai wi-fi” layihəsi çərçivəsində işlər artıq yekunlaşdırılır

Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanının ərazisi üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (access ponit) quraşdırılıb, bu barədə Report xəbər yayıb.

Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bildirir ki, xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssislərin nəzarəti altında həssaslıqla icra edilir: “Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir. “İctimai wi-fi” üçün ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib”.

Ana səhifəXəbərlərBakıda əhali pulsuz internetlə təmin ediləcək