Bakıda cinayətkarlıq və hüquqpozmalar artıb

2017-ci ildə Bakıda 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Source:
Bakı Şəhər Prokurorluğu


2017-ci ildə Bakıda 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bakıda 2017-ci ildə cinayətkarlıq və hüquq pozuntuları 2016-cı ilə nisbətən 182 fakt artaraq, 12 min 122 hadisəyə çatıb.

Onların açılma faizi 4,1 artaraq 80 faizə yüksəlib.

Azadlıq radiosunun məlumatına əsasən, bunu Bakı şəhər prokurorluğunda 2017-ci ilin yekunları ilə bağlı toplantıda qurumun rəhbəri İlqar Abbasov

deyib

.

Prokurorun bildirdiyinə görə, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 3,4 faiz azalaraq 1890-a düşüb. Qəsdən adam öldürmə cinayətlərinin sayının da azalaraq ( 3 fakt) 59-a düşdüyü, 1-i istisna olmaqla, həmin hadisələrin üstünün açıldığı qeyd edilib.

İ.Abbasovun deməsinə görə, ötən il prokurorluğun istintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə 2 milyon 437 min manat maddi ziyan vurulub. Həmin ziyanın 443 min manatı istintaq zamanı ödətdirilib.

Onun sözlərinə görə, 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib. Onlardan 5-i vəzifədən azad olunub, 1-i isə prokurorluq orqanlarından xaric

edilib

.

Hüquqşünas Qurban Məmmədov Meydan TV-yə deyib ki, prokurorluqda öz vəzifələrini yaxşı icra etmədiklərindən cinayətkarlıq artıb:

“Ancaq cinayətkarlıq artıbsa, yalnız prokurorluqda deyil, polis orqanlarında da təmizləmə işləri aparılmalıdır. Ümumi yanaşdıqda isə profilaktik tədbirlər vaxtında görülmür, cinayətkarlar zamanında təqib olunsa belə vəziyyət yaranmaz. Görünür, nəsə dəyişiklik etmək istəyirlər”.

Ana səhifəXəbərlərBakıda cinayətkarlıq və hüquqpozmalar artıb