Bakıda bal yarmarkası keçirilir (VİDEO)

Oktyabr ayının 1-dən 30-dək Bakıda Arıçılıq məhsullarının sərgi satış yarmarkasına start verilib. Yarmarka Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda “Ayaqqabı fabriki”nin binasında keçirilir. Amma yəqin ki, bundan şəhər sakinlərinin çoxunun xəbəri yoxdur. Bunu satıcılarla söhbətimizdə də müəyyən etdik. Satıcılar yarmarkanın reklam olunmamasını və buna görə də alıcı qıtlığı ilə üzləşdiklərini deyirlər. Satıcılar bir aylıq yarmarka üçün yer pulu 156 manat ödədiklərini deyir. Üstəlik arıçılar rayonlardan gəldiyi üçün Bakıda kirayə qalmağa məcbur olur. Kirayənin qiyməti isə 100 manatdan 200 manata qədər dəyişir.

Bəs yaxşı balı necə müəyyən etmək olar?

Yarmarkada balların qiyməti 15-20 manat arası dəyişir. Elə keyfiyyət və çeşidi də müxtəlifdir. Yarmarkada diqqət çəkən qramı 4 manata satılan arı südü idi.

Bu bal isə ağaclarda arıların özü tərəfindən hazırlanır. İnsan əli dəymədən.

Sən demə ölmüş arıların da xeyri var imiş. Bitki kimi qaynadıb içirlər. Bitmədi. Arılardan həm də vərəm və xərçəng xəstəliklərini müalicə etmə gücündə olan propolis də hazırlanır.

Bal yarmarkası oktyabr ayının sonuna qədər davam edəcək

Ana səhifəVideoBakıda bal yarmarkası keçirilir (VİDEO)