Bu gün saat 14:00 radələrində Azad LGBT təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihara cəhd edb. Onun LGBT bayrağından özünü asdığı deyilir. Dostları müdaxilə ediblər, həkim çağırıblar. Təcili yardım isə vaxtında hadisə yerinə yetişməyib. Daha sonra həkimlərin müdaxiləsinə baxmayaraq 20 yaşlı gənc xəstəxanaya aparılarkən vəfat edib.
Gəncin Facebook sosial şəbəkəsində paylaşdığı son status belədir: Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil.. mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli 59. Qapını açıq qoyuram. Anama da deyərsiz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil. Əlvida.